“O, nə isə danışırdı, amma mən eşitmirdim, qəhər məni boğmuşdu…” – AYDIN MİRZƏZADƏ

“Bu axşamçağı yaşadığım binanın yaxınlığındakı seprmarketə getdim. Birdən böyürmdən bir nəfər : ” Mənə bir az pul verə bilərsinizmi ? “- dedi. Bir anlığa dönərək : “Qardaş, pul verə bilməyəcəyəm” – dedim. ” Onda mənə yemək ala bilərsinizmi ?”- cavabını eşitdim. “… mənə yemək ala bilərsinizmi? ” – Bu söz beynimdə bir şimşək kimi təkrar-təkrar çaxdı”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

Onun qeyd etdiyinə görə, dönüb baxıb ki,  yanında təqribən 50 yaşında, nimdaş geyimli, bir gözü olmayan bir kişi durub.

“O, diənçilər kimi təkid etmirdi, xahi ş edirdi.

Qarşımda həyatın dibinə düşmüş adi bir “bomj” dayanmışdı.

Sanki tilsimə düşmüşdüm, onun əlindən tutub kulinariya bölməsinə çəkdim, nə istədiyni soruşdum. “Nə isə yeməyə bir şey alın. Bir də olsa, nə isə şirin bir şey, ürəyim istəyir “.

Hazır yeməklərdən aldım, o isə yanımda durub tez-tez “ürəyim istəyir, bir də şirin şey alın, xahiş edirəm”-deyirdi.

Sirniyyat şöbəsinə keçib, istədiyi şirniyyatı seçməyini xahiş etdim. Utan-utana bir qutu peçenye, bir qutu da vafli götürdü.

Kassaya gedəndə, o, nə isə danışırdı, amma mən eşitmirdim, qəhər məni boğmuşdu”-deyə, millət vəkili sonra yazıb.

Etikxeber.az

Read Previous

“Qafqaz əsiri kimdir, hansı dövlətdir?…” – ZAHİD ORUC

Read Next

“Qüdrət Həsənquliyevlə Zahid Orucdan fərli olaraq…” – DEPUTAT TELEDEBATLRDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir