O, nə milyoner, nə zəngin iş adamı, nə villalar sahibi, nə də bahalı inomarkalar yiyəsidir…Onun Ürəyi, Qəlbi zəngin və milyonerdir!-KAMİL HƏMZƏOĞLU YAZDI

İnsanlara, insan hesab etdiklərimə…çox inanıram…

Və insanlıq edib çoxlarına inandığımdan da başıma çox işlər gəlir…

Amma yenə də inanmaqda davam edirəm…

Xarakterimi, xasiyyətimi dəyişə bilmirəm…

Hətta Dostum, Qardaşım Zahid Oruc bir gün mənə haqlı irad tutaraq dedi ki, qəlbin, ürəyin özündən böyükdür…Ona görə də hər kəsi qəlbinə, ürəyinə doldurursan və sonra da çoxu səni ürəyindən xəncərləyir…Bir az dəyiş…

Nə bilim, nə deyim…Heç cür dəyişə bilmirəm…Mən də beləyəm!!!

…İkinci Vətən Müharibəsindən sonra çox və çox insanları, insan cildində olanları tanıdım…

Dürüst olanları da oldu və çox az, məni yenə xəyalqırıqlığına uğradanları da, ürəyimdən, kürəyimdən xəncərləyənləri də…

Və bu dörd ildə tanıdıqlarım arasında Ülvi Qardaşım da var…

Son iki ildə isə daha yaxınıq, aramızda Dostluq, Qardaşlıq münasibətləri var…

Hər zaman Ondan özümə böyük hörmət, ehtiram, izzət, səmimiyyət, İnsanlıq görmüşəm…

Əsl Dost və əsl Qardaşdır…

Düzdür, dili bir az “acı”dır, bir az sərtdir, sözü birbaşa üzə deyəndir kəskin şəkildə, amma həm də Qəlbi, Ürəyi yumşaq, təmizdir, əl tutandır, təmənnasız yardım edəndir.

2016-cı ildən, xüsusilə, İkinci Vətən Müharibəsi başlayan və bitən gündən də bu yana Ürəklə, Səmimiyyətlə təmənnasız etdikləri hər kəsə, çoxlarına və çoxlarına məlumdur…

Bəziləri “unutqan” olsalar da, bəziləri unutsalar da…hər kəs ürəyində Ülvinin, Ülvi Quliyevin necə Böyük Ürək sahibi, təmənnasız yardımsevər olduğunu çox yaxşı bilir…

Əgər kimlərsə onun etdiklərini unudubsa…deməli, ən azı vicdanlarında, insanlıqlarında problem var…Yumşaq şəkildə desəm!!!

…Bugünlərdə yubiley doğum günü oldu…

Çoxları yenə “unutdu”, özünü bilməməzliyə vurdu…

Adi bir təbriki, təbrik mesajını Ona çox gördü…

Necə deyərlər, insanlıq halı…çiy süd məsələsi!!!

…Çoxları Onu zəngin iş adamı, milyoner, villalar, bahalı maşınlar sahibi bildi və ona görə Ona yaxınlaşdı…

Amma Ülvi nə milyoner, nə zəngin iş adamı, nə villalar sahibi, nə də bahalı inomarkalar yiyəsidir…

Onun, sadəcə, Ürəyi, Qəlbi milyonerdir, bahalı villadır, bahalı avtomobildir…

Bunu çoxları və çoxları heç unutmasın!

Bəli, O, Candır, Ürəkdir, Dostdur, Qardaşdır!

Belə bir Dostum, Qardaşım olduğu üçün də Fəxr edir, Qürur duyuram!

Allah Onu və sevdiklərini qorusun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının rəhbəri

Read Previous

Cənnətdəki dördüncü doğum günü, 31 yaşı tamam olan-HƏM LAÇINLI, HƏM DƏ BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ PƏRVİN ƏLİZADƏ…

Read Next

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir