“O, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural ölkəyə çevrilməsinə güclü dəstək olub…” – MÜBARİZ QURBANLI – MEHRİBAN ƏLİYEVANIN VİTSE-PREZİDENT TƏYİN OLUNMASINDAN 3 İL KEÇİR

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Prezident İlham Əliyev də fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib: “Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir.

Etikxeber.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Doğrudan da faktlar göstərir ki, milli mədəniyyətin inkişafına, başqa xalqların mədəniyyətinin qorunmasına və mədəniyyətlərarası əlaqələrin inkişafına böyük töhfələr verən Mehriban xanım həm də yüksək səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun reallaşması üçün böyük əmək sərf edir. O, sülh və tolerantlığın yayılması, bütün dünyada humanist dəyərlərin bərqərar olması üçün müntəzəm tədbirlər həyata keçirir…”-deyə, M. Qurbanlı əlavə edib.

Qeyd edək ki, bu gün M. Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunmasının 3 ili tamam olur.

2017-ci ilin 21 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə M. Əliyeva Azərbaycanın ilk birinci vitse-prezidenti təyin olunub.

Onu da qeyd edək ki, birinci vitse-prezident təyin edilməsi ilə əlaqədar 2017-ci ilin yazında M. Əliyevanın deputatlıq səlahiyyətlərinə xitam verilib.

Etikxeber.az

Read Previous

Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı qazax xalqının apardığı azadlıq hərəkatına hansı türk hökmdarının nəvəsi rəhbərlik edib?

Read Next

“PAŞİNYAN MÜNHENDƏ “UNUTDUQLARINI” İRƏVANDA DEDİ…” – Politoloq yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir