“O vaxtkı hakimiyyətdə olanlar bu xüsusiyyətdən çox uzaqda idilər…”-ARİF RƏHİMZADƏ XEYLİ MÜDDƏTDƏN SONRA DANIŞDI VƏ AXC HAKİMİYYƏTİNİ İTTİHAM ETDİ

Azərbaycanın tarixində çətin, gərgin anlar çox olub. Xalqımız ağır sınaqlarla üz-üzə qalıb. Müasir dövrümüzdə isə belə çətin məqamlardan biri SSRİ-nin süqutu ərəfəsində Azərbaycan torpaqlarının işğal olunması, respublika daxilində siyasi böhranın hökm sürməsi idi. 1991-ci ildə müstəqilliymiz elan olunsa da, onun taleyi sual altında idi. Məhz belə bir zamanda xalqımız problemlərdən yeganə çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında partiyanın 550 nəfərdən ibarət ilk təsis konfransı keçirildi. Artıq iqtidarda olan Xalq Cəbhəsi başa düşürdü ki, hakmiyyəti idarə etmək iqtidarında deyil. Ona görə də, Heydər Əliyevi Bakıya dəvət etdilər.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat, eks dövlət müşaviri, keçmiş Birinci vitse-spiker Arif Rəhimzadə deyib.

O, qeyd edib ki, rəhbər üçün qərar qəbul etmək çox vacib xüsusiyyətdir.

“Ancaq o vaxtkı hakimiyyətdə olanlar bu xüsusiyyətdən çox uzaqda idilər. 1993-cü il iyunun 15-də parlamentin sessiyası keçirildi və Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Milli Məclisdə olanlar yaxşı başa düşürdülər ki, ölkədə yaranmış çox ağır və çətin vəziyyəti məhz ulu öndər Heydər Əliyev aradan qaldıra bilər. Onu da başa düşürdülər ki, Azərbaycanın bu günü və gələcəyi məhz Heydər Əliyevin apardığı düzgün siyasətlə bağlıdır. Beləliklə də, Heydər Əliyevin 1993-cü il 15 iyunda hakimiyyətə qayıdışı Azərbaycan xalqının, Azərbaycan dövlətinin qurtuluşu oldu”-deyən A. Rəhimzadə Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını və həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, A. Rəhimzadə son parlament seçkilərinə qatılmayıb və hazırda təqaüddədir.

Ötən müddətdə də mediadan kənarda qalmağa üstünlük verib.

Etikxeber.az

Read Previous

“Bu yolda mübarizəmiz sonacan-müqəddəs qələbəyəcən davam edəcək!”-ELDAR İBRAHİMOV AVROPARLAMENTİN SON ADDIMINI MÜSBƏT DƏYƏRLƏNDİRDİ…

Read Next

“Heydər Əliyev Cümhuriyyəti, Rəsulzadəni, üçrəngli bayrağımızı xilas etdi,dövlətçilik tariximizi bütövləşdirdi” – ZAHİD ORUC MM-DƏKİ ÇIXIŞINDA KİMLƏRƏ NƏ ÇAĞIRIŞ ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir