“O zaman Sarkisyanlar üçün çox gec olacaq…” – DEPUTAT

“İşğalçı və təcavüzkar  Ermənistanın rəhbəri Serj Sarkisyan görüşlər, danışıqlar  zamanı özünün əsl simasını, əsl sifətini göstərir”.

Etikxeber.az xəbər verir ki, bu fikri  deputat Eldəniz Səlimov Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünə və işğalçı dövlətin rəhbərinin danışıqlar zamanı əldə olunan razılaşmanı pozmasına münasibət bildirərkən deyib.

“Azərbaycan torpaqlarının işğalında, xüsusilə də, 20-ci əsrin ən dəhşətli qətliamında-Xocalı soyqırımında birbaşa iştirakı və əli olan cinayətkar  Sarkisyanın məqsədi, niyyəti münaqişənin həllini, status-kvonu mümkün qədər uzatmaqdır”- deyən millət vəkilinin sözlərinə görə, əgər erməni, Ermənistan tərəfi status-kvonu saxlamağa çalışmaqda davam etsə, növbəti dəfə, ötən ilin aprelində olduğu kimi,  Azərbaycanın gücü ilə qarşılaşacaq.

“30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir.  Bu mövqe hər zaman olduğu kimi, birmənalı və dəyişməzdir.  Azərbaycan ərazi, torpaq  bütövlüyü məsələsində heç kimə güzəştə getməyib və getməyəcək.  Elə zaman  da, vaxt da rəsmi Bakının xeyrinə işləyir.  Ona görə hesab edirəm ki, torpaqlarımızı sülh yolu ilə azad etməyə razı olmayan Sarkisyan hakimiyyəti sabah danışıqlar masasında tamam başqa mənzərə ilə qarşılaşacaq. Onlar buna tam əmin olsunlar. O zaman isə onlar üçün çox gec olacaq…” – deyə, E. Səlimov daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev İstanbulda İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşdü – FOTOLAR – YENİLƏNİB

Read Next

Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya birinciliyinin qalibi oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir