“Oazis” simli kvarteti konsert proqramı ilə çıxış edib

Azərbaycan Bəstəkarlar İttifaqında “Oazis” simli kvarteti konsert proqramı ilə çıxış edib.

Etikxeber.az xəbər verir ki, konsert ittifaqın təşkilatçılığı ilə, “Multikulturalizm ili” çərçivəsində keçirilib.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov konsertin əhəmiyyətindən və simli kvartetin fəaliyyətindən danışıb.

Vurğulanıb ki, kvartet Bəstəkarlar İttifaqının təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. Cavad Tağızadənin rəhbərliyi ilə yaradılmış kvartet müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edərək dünyanın tanınmış mütəxəssislərdən ustad dərsləri alıb. Musiqiçilər Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərlərini ustalıqla ifa edirlər.

Konsertdə Cavad Tağızadə (I violin), Samir Əsədov (II violin), Anar Əliyev (viola) və Əyyub Əliyevin (violonçel) ifasında Q.Qarayevin “Simli kvartet”i, B.Bartokun 2 violin üçün “Miniatürlər” və A. Rzayevin ”Simli kvartet” musiqi əsərləri səsləndirilib.

Etikxeber.az

 

Read Previous

10 bankın əmanətçilərinə 630 milyon manatadək kompensasiya ödənilib

Read Next

Palata: 25 sığortaçı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir