Obama Co Baydeni “Prezident Azadlıq Medalı” ilə təltif etdi

Yanvarın 12-də ABŞ Prezidenti Barak Obama vitse-prezident Co Baydeni Prezident Azadlıq Medalı ilə təltif edib.

Etikxeber.az-ın məlumatına görə, Obama vitse-prezidentinin xidmətlərindən söhbət açaraq qeyd edib ki, Co Bayden ABŞ-ın ən yaxşı vitse-prezidentidir.

Bu təltif Bayden üçün sürpriz olub. Prezident Obama çıxış edərkən Bayden o qədər təsirlənib ki, göz yaşlarını saxlaya bilməyib.

Prezident Azadlıq Medalı ABŞ-ın ali mülki mükafatıdır. Müxtəlif illərdə Con Kennedi, Roma Papası II İohann Pavel, Ronald Reyqan, Martin Lüter Kinq, Jak-İv Kusto, Tereza Ana, Nelson Mandela və bir sıra başqa tanınmış şəxslər bu təltifə layiq görülüb.

Prezident Azadlıq Medalı 1946-cı il iyulun 6-da Prezident Harri Trumen tərəfindən Azadlıq Medalı kimi təsis edilib, 1963-cü il fevralın 22-də Prezident Con Kennedi tərəfindən bu təltifin adı dəyişdirilərək Prezident Azadlıq Medalı adlandırılıb.

Etikxeber.az

Read Previous

Psixotrop maddə və narkotik vasitələr aşkar edildi

Read Next

Səhiyyə Nazirliyi 5 saylı Xəstəxanada baş verən ölümün səbəbini açıqladı: “Tromboemboliya…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir