Obama Hiroşimadakı Sülh Muzeyinə məktub göndərib

Hiroşimada yerləşən Sülh Muzeyinə cari ilin mayında həmin muzeyi ziyarət etmiş ABŞ Prezidenti Barak Obamanın imzaladığı məktub daxil olub.

Etikxeber.az xəbər verir ki, muzey əməkdaşlarının bildirdiyinə görə, Prezidentin məktubu faciə barədə məlumatlara və hədiyyə edilmiş materiallara görə minnətdarlıq sözləri ilə başlayır.

Qeyd edilir ki, B.Obama Hiroşimanı dünyada nüvə silahının ləğvinə çalışacağı barədə verdiyi vədə sadiq qalaraq ziyarət edib. Vurğulanır ki, “tarixin gözünə dik baxmaq” və “belə əzabların bir daha təkrar olunmaması üçün” hər kəs ictimai məsuliyyət daşıyır.

B.Obamanın məktubu bu fikirlə başa çatır: “İnsanların daha çox hissəsinin tarixi düzgün dərk etməsi və sülhə daha çox can atması məndə belə bir fikri möhkəmləndirir ki, gələcək daha parlaq və sülhsevər olacaqdır”.

Muzeyin direktoru Kenzi Siqa Barak Obamaya muzeydə gördükləri barədə fikirlərinə görə minnətdarlığını ifadə edib.

Etikxeber.az

Read Previous

Rusiya əleyhinə 4,3 milyard dollar ayrıldı

Read Next

Bacısını öldürən şəxsin məhkəməsi başladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir