Obama qaçqınlara yaşayış hüququnun verilməsini ləğv etdi

ABŞ administrasiyası ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tutan siyasətdən vaz keçib.

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Barak Obamanın bəyanatında bildirilir.

“Qərar dərhal qüvvəyə minir, bu səbəbdən ABŞ-a qeyri-qanuni daxil olmağa cəhd edən və humanitar yardıma iddia edə bilməyən Kuba vətəndaşları qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılacaqlar”- deyə, bəyanatda qeyd olunur.

Prezident kubalı qeyri-qanuni miqrantlarla digər ölkələrdən gələn qaçqınlar kimi davranılacağını qeyd edib.  Onun sözlərinə görə, Kuba hökuməti geri qaytarılan şəxsləri qəbul etməyə razılıq verib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da “yaş ayaq – quru ayaq” siyasəti tətbiq edilib. Bu siyasət ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tuturdu.

Etikxeber.az

Read Previous

U-21 heç-heçə edib

Read Next

“Ehtiyatları ən azı 1,2 trilyon kubmetr olan “Şahdəniz” dünyada ən iri qaz yataqlarından biridir” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir