Ödənişli uşaq bağçalarında maksimum qiymətin 500 manat olması təklif olunur

Azərbaycanda ödənişli uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi təklif olunur.

Etikxeber.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin oktyabrın 18-də keçirilən iclasında komitə sədri İsa Həbibbəyli çıxış edib.

O, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan “Məktəbə qədər təhsil haqqında” qanuna bu məsələnin salınmasını istəyib.

Komitə sədri maksimum ödəniş həddinin 500 manat olmasını təklif edib: “Amma bu bizim düşündüyümüz variantdır.

Bununla bağlı başqa uyğun təklif olarsa, o təklifi də dəyərləndirə bilərik”.

Etikxeber.az

Read Previous

SOCAR səhmlərini satışa çıxarmayacaq?

Read Next

Hava şəraiti Gədəbəyi iflic etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir