Ukraynada prezident seçkilərində məğlub olan hazırki prezident Petro Poroşenko sesvermənin nəticələrindən sonra brifinq keçirir.
Etikxeber.az məlumat verir ki, Poroşenko siyasətdən getməyəcəyini bəyan edib.
“Mən növbəti ayda dövlət başçısı vəzifəsini tərk edəcəyəm. Əhalinin çoxluğu bunu istədi. Mən ofisdən gedirəm, siyasətdən yox!. Bizim komanda həyata keçirdiyi siyasəti davam etdirəcək, buna əmin ola bilərsiniz. Ukraynanın inkişafı, uğurları üçün mübarizəmizi davam etdirəcəyik” – deyə, Poroşenko əlavə edib.
Poroşenko həmçinin çıxışı zamanı Vladimir Zelenskini qalib gəlməsi münasibətilə təbrik edib.
Etikxeber.az