Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Qarabağ Savaşında qanı, canı ilə Qəhrəmanlıq dastanı yazan, adını tarixə Qızıl hərflərlə əbədiyyən həkk etdirən Oğullarımızdan biri də Ağdaşlı Məhəmməd Osmanovdur…
İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız, cəmi 26 yaşında canını Vətəni yolunda fəda edən Məhəmməd Seymur oğlu…
Vətənini, Qarabağını ailəsindən-valideynlərindən, 3 yaşlı qızından və üzünü görmədiyi oğlan övladından üstün tutan Məhəmməd Seymur oğlu Osmanov…
Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimiz…
Məhəmməd Osmanov 1994-cü ilin 27 oktyabr tarixində Ağdaş rayonunun Ərəbocağı kəndində-sadə bir ailədə dünyaya göz açıb…
Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu olub…
2000-2011-ci illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən sonra Əsgərliyə, hərbi xidmətə yollanıb…
Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb…
2016-cı ilin avqustun 27-də Türkan adlı qızla ailə həyatı qurub…
2017-ci ilin iyunun 4-də ilk övladı-Şəbnəm adlı qızı dünyaya gəlib…
İkinci övladı isə Şəhidliyindən aylar sonra, 2021-ci ilin 9 may-Qələbə Günündə dünyaya göz açıb və adını Məhəmmədxəlil qoyublar…
2019-cu ildə yenidən həyatını Ordu-hərb ilə bağlayıb, Azərbaycan Ordusunda, Mingəçevir şəhərində (stansiyasında) yerləşən “N” saylı hərbi hissədə MAXE (tankçı) kimi fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsi zamanı da bir Vətən sevdalısı, bir MAXE kimi döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Ailəsi ilə sağollaşarkən də onlara heç nə deməyib…
Axırınıncı dəfə isə ailəsi, həyat yoldaşı ilə sentyabrın 28-də danışıb və deyib ki, “yaxşıyam, narahat olmayın, hər şey yaxşı olacaq…”
Son danışığından cəmi saatlar sonra, 29-u səhər saatlarında isə Suqovuşan istiqamətində qanlı döyüşlər zamanı aldığı qəlpə yarasından qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi 5 gün sonra əldə edilib və oktyabrın 4-də Ərəbocağı kənd qəbiristanlığında dəfn olunub…
O, həm də Ərəbocağının üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir…
Şəhidliyindən sonra cəmi iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…
Ancaq ailəsi, həyat yoldaşı həm də Şəhidin ölkəmizin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyirlər…
Doğulub boya-başa çatdığı Ərəbocağı kəndində adını daşıyan küçə var həm də…
***
Bu gün Şəhidimizin xanımı Türkanla, Türkan Osmanova ilə Bakı şəhərində bir araya gəldim…
Onunla söhbətləşdim, dərdləşdim…
Ona, Şəhidimizin doğmalarına Allahdan səbr və dözüm dilədim…
“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedim…
Şəhidimizin həyat yoldaşının dediklərindən:
“İlk övladımız qız uşağıdır. Məhəmməd oğlan övladımızı görməyi çox arzulayırdı. Özü deyirdi adını Məhəmmədxəlil qoyacam. Ancaq təəssüf ki, nə o balasının- oğlunun üzünü gördü, nə də balası, oğlu onun-atasını üzünü görə bildi…Və Məhəmmədin istəyinə, arzusuna uyğun olaraq, uşağa həmin adı verdik. Oğlumu atasının Şəhid olan zaman büküldüyü bayrağa bükürdüm ki, qoy ətri hopsun üstünə…”
Ruhu hər iki övladının köməyi olsun!
Torpağı sanı yaşasın və böyüsünlər!
Atalarının adına layiq övladlar olsunlar!
Məqamı Uca, dərgahı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirəm, baş əyirik!
Fərximiz, Qürurumuz, And yerimiz, Baş tacımızdır!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az