Oğul anasını yatdığı yerdə güllələdi – NAMUS ÜSTÜNDƏ

Bakıda qətl törədilib.

Sabunçu Rayon Prokurorluğundan Etikxeber.az-a verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.

M. Əliyev polisə könüllü təslim olub.

O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

M. Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Etikxeber.az

Read Previous

Rusiyada təyyarə qəzaya uğrayıb…

Read Next

Neftin qiyməti bahalaşır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir