Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İki Qəhrəman, iki İgid…
İki Vətən sevdalısı, iki Vətən fədaisi…
İki hərbçi-biri Gizir, biri MAXE…
İki yaxın qohum, iki Şəhid…
Biri İkinci Vətən Müharibəsi Şəhidi, digəri antiterror Şəhidi…
Lənkəranlı, İstisulu Zaur Nizami oğlu İsmayılzadə və Mirmusa Vüqar oğlu Hüseynzadə…
Lənkəranlı, İstisulu iki qardaşın qız və oğul nəvələri…
Biri evin-ailənin tək və subay oğlu, digəri ailənin dörd oğlan övladından biri və subay…
***
2 iyun tarixində Bakı və Sumqayıt şəhərlərindən olan Şəhid ailələri, Şəhid anaları ilə birlikdə Lənkərana səfərimiz, Lənkəran Şəhidlərini, Şəhid ocaqlarını ziyarətimiz zamanı Zaur İsmayılzadə ilə Mirmusa Hüseynzadənin də məzarlarını ziyarət etdik…
Zaur İsmayılzadənin anası-çox sakit təbiətli, çox utancaq Sevil xanımın da iştirak etdiyi ziyarət zamanı həm Zaur İsmayılzadənin, həm Mimusa Hüseynzadənin, həm də İstisulu İkinci Vətən Müharibəsi Şəhidləri Zaur Ağalı ilə Ramid Əliyevin də məzarları üzərinə gül dəstələri düzdük, hər birinin məzarı, ruhu qarşısında ehtiramla baş əydik, hər birinin ruhuna dualar etdik…
Ziyarət zamanı çox təsirli, çox kövrək anlar da yaşandı…
Şəhid Anaları, Şəhid xanımları, Şəhid bacıları…göz yaşlarına sahib ola bilmədilər…
Lənkəran səfərinin təşəbbüsçüsü və təşkilatçısı-Birinci Qarabağ Savaşı Şəhidi Elşad Əliyevin anası Flora Ana, Flora Əliyeva Mirmusanın məzarı başında “Oğul, Mingəçevirdə-hərbi hissədə olanda bizim qabağımıza çay gətirdin…Dedin ki, ana, analar Sizə nə qulluq edim…Şəhidliyindən cəmi aylar öncə idi…Niyə belə vəfasız oldun, niyə əzizlərini, bizləri gözləri yaşlı qoydun, niyə Nur üzlü Qəhrəman bala?!…”-deyə, fəryad etdi…
Sözlərin, kəlmələrin bitdiyi anlar idi…
Təsəvvür edilməsi mümkün deyildi…
Qeyd edim ki, 4 noyabr 2003-cü il təvəllüdlü olan, cəmi 20 yaşında Şəhidlik məqamına ucalan antiterror Şəhidi Mirmusa Hüseynzadə Əsgərlikdən qayıtdıqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıbmış və Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə MAXE kimi fəaliyyət göstərirmiş…
O, antiterror əməliyyatı zamanı ayın 19-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb və sentyabrın 20-də İstisu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Subay olub, bir orden və bir medalla təltif edilib…
Mirmusanın atası ilə Zaurun anası doğma əmiuşağıdır…
Allah hər iksinin də məkanını cənnətlik, ruhunu şad etsin!
Allah hər ikisinin də valideynlərinə, əzizlərinə səbr və dözüm versin!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az