Oğuzlu Antiterror Şəhidi, evin-ailənin tək və subay oğlu-RÖYAL BEYDİYEVİN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, 21 YAŞI TAMAM OLUR…

Oğuzlu Antiterror Şəhidi Röyal Nəsib oğlu Beydiyevin doğum günüdür.

Bu gün-18 fevral 2026-cı il tarixində Röyal Beydiyevin 21 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Röyal Beydiyev 2005-ci ilin fevral ayının 18-də Oğuz rayonunun Qarabulaq kəndində dünyaya göz açıb…

Milliyyətcə ləzgi olan Şəhidimiz ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı idi…

Böyük bacısı orta məktəbi bitirsə də, 2009-cu il doğumlu kiçik bacısı hazırda 11-ci sinifdə oxuyur….

Röyal özü isə 2011-2022-ci illərdə Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbində oxuyub…

18 yaşının tamamından az sonra, 2023-cü ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb…

Cəlilabad rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb, Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri olub…

2023-cü ilin sentyabr ayında isə həyata keçirilən 23 saatlıq lokal xarakterli Antiterror əməliyyatı zamanı Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ayın 19-da Şəhid olsa da, Şəhidliyi xəbəri ailəsinə sentyabrın 20-də, axşam saat 7-8 radələrində verilib…

Əvvəlcə övladlarının yaralı, sonra isə Şəhid olduğu deyilib…

Nəşi isə sentyabrın 21-də Qarabulaq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Cəmi 18 yaşında Şəhidlik məqamına ucalan və subay olan Röyal həm də Qarabulağın yeganə Qarabağ Savaşı-Antiterror Şəhididir.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidləri-Bərdəli Baxış Rəhimli və Bakılı Mirsafa Rzayev-SABAH HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİDİR…

Read Next

Prezident 95 yaşı tamam olan Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə-TƏLTİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir