Oktyabr ayında anadan oldu, oktyabrda da Şəhid oldu…-ŞƏHİD İLQAR CAHİD OĞLU VƏLİYEV!

Bir az olar ki, Milli Məclisdən (MM), çox dəyərli millət vəkili Qənirə Paşayeva ilə görüşdən qayıtmışam..

Görüş də Qənirə xanımın istəyi ilə baş tutmuşdu…

Belə ki, bir neçə gün öncə Qənirə xanım İkinci Vətən Müharibəsinin Dastan yazan Qəhrəmanlarından olan Balakənli Hacı Əli oğlu Murudovla görüşmək istədiyini bildirmiş və mən də onun bu istəyini, təklifini Qazimizə çatdırmış, Qazimiz də təklifi müsbət və razılıqla qarşılamışdı…Və görüş də bu günə, MM-ə təyin edilmişdi…

Qənirə xanımla görüşə isə hələ vaxt qalırdı… Hacı ilə görüş vaxtını gözləyirdik…

Bu zaman çox sakit təbiətli bir xanım da gəldi və o da Qənirə xanımla görüşə gəldiyini bildirdi…

Məlum oldu ki, Şəhid xanımıdır, həyat yoldaşı Füzuli istiqamətində döyüşlərdə Şəhid olub…

Şəhid xanımından həyat yoldaşının kim olduğunu, haçan Şəhid düşdüyünü soruşdum…

Qeyd etdi ki, ehtiyatda və Baş leytenant olan həyat yoldaşı İlqar Cahid oğlu Vəliyev İkinci Vətən Müharibəsi başlanan kimi, özü könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinə müraciət edib, müharibədə iştirak etmək istədiyini bildirib…

Dəfələrlə “yox” cavabı alsa da, onun inadından, qərarından döndərmək mümkün olmayıb və oktyabrın 7-də ailəsinə xəbər vermədən cəbhəyə yollanıb…

Cəbhənin Cəbrayıl-Füzuli istiqamətində döyüşüb, vuruşub…

Qeyd edim ki, əslən Qərbi Azərbaycanlı olan İlqar 1973-cü ilin oktyabrın 12-də dünyaya gəlib…

Bir bacı, bir qardaş olublar…

Bacısı da hazırda Azərbaycandan kənarda yaşıyır…

Ata-anasını da bir neçə il öncə itirib…

Və növbəti doğum gününü-47 yaşını da cəbhədə, müharibədə döyüşçü yoldaşları ilə birlikdə keçirib…

Və növbəti doğum günündən də cəmi 8 gün sonra-oktyabrın 20-də Vətən torpaqları uğrunda döyüşlərdə-Füzuli istiqamətində ağır döyüşlərin birində Şəhid olub…

Şəhid xanımı Təhminə xanım deyir:

“İlqar oktyabrın 20-də Şəhid olsa da, mənim xəbərim olmayıb, mənə xəbər verilməyib…Qardaşıma zəng edib, İlqarın Şəhid olduğunu deyiblər…O da mənə deməyə ürək etməyib…Mən yalnız İlqar dəfn olunan gün, oktyabrın 22-də onun Şəhid olmasından xəbər tutdum…İlqar İkinci Şəhidlər Xiyabanında dəfn olundu…Çox vətənpərvər, əsl peşəkar hərbçi idi…Vətənini, torpağını hər şeydən çox istəyirdi və Vətəni, torpağı uğrunda da da Şəhid oldu…”

Təhminə xanım özü isə əslən Kəlbəcərin Zülfüqarlı kəndindəndir, Şəhid Milli Qəhrəman Şahlar Şükürovun qohumudur…

İxtisasca əczaçıdır, 1993-98-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsində oxuyub…

Şəhidimizin iki övladı, iki İgid oğlu Vətənə əmanət qalıb…

Böyük oğlunun 20 yaşı var, hazırda Türkiyənin İğdır şəhərində universitetdə tətsil alır…

İkinci, kiçik oğlunun isə 17 yaşı var, orta məktəbə, 11-ci sinifdə oxuyur, o da qardaşı kimi, Türkiyədə ali təhsil almaq istəyir…

Şəhidimizin İgidliyi, Qəhrəmanlığı Azərbaycan dövləti, Ali Baş Komandan tərəfindən də qiymətləndirib, olümündən sonra “Vətən uğrunda” medalı ilə təltifləndirilib…

Nur içində yatsın, məkanı cənnətlik olsun, Şəhidimizin!

Allah bir daha ailəsinə səbr versin!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident Horadiz-Ağbənd dəmir yolu xəttinin-TƏMƏLİNİ QOYDU – FOTOLAR

Read Next

İki qardaş, iki Qəhrəman: İkisi də İkinci Qarabağ Savaşının iştirakçısı…-MM-İN KOMİTƏ SƏDRİ QAZİ HACI MURADOVLA GÖRÜŞDÜ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir