Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım Günü və Şəhadətə ucaldığı gündür.
14 oktyabr 2025-ci il tarixində Goranboy İxtiyar İlqar oğlu Əliyevin torpağa tapşırılmasının dördüncü, Bakılı Yusif Nadir oğlu Nəcəfovun Əbədiyyətə uğurlanmasının, Heybullah Məzahir oğlu Əsdiyevin isə Şəhadətə ucalmasının beşinci ilidir.
Anım Günləri ilə bağlı bu gün-14 oktyabr 2025-cü il tarixində İxtiyar Əliyevin Goranlı kənd qəbiristanlığındakı, Yusif Nəcəfovun isə Hərbi Memorial Məzarlıqdakı məzarları ziyarət olunub.
Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhlarına dualar edilib, “Quran” oxunub.
Ailələrinə, valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.
Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidlərin məzarlarını ziyarətdən sonra isə müxtəlif məkanlarda-doğulduqları bölgələrdə Anım mərasimləri keçirilib, adlarına ehsan süfrələri açılıb, ruhlarına bir daha dualar olunub, xatirə fotoları çəkdirilib.

Şəhidin İxtiyar Əliyevin anası Lətafət xanımın göz yaşları içində dediklərindən:
“Bala, beş ildir yolunu gözləyirəm…Beş ildir sənsiz hər gün ölüb-dirilirəm…Deyirəm, gözləyirəm ki, birdən balam qayıdıb gələr…Amma gəlmirsən…Niyə gəlmirsən?…Həyatdan doymayan balam, yarını yarı yolda qoyan balam…Balası, əmanəti qalmayan balam….Bilmirəm sənin dərdini çəkim yoxsa, xəstə atanın dərdini çəkim?…Gəl, bala, qayıt gəl…”
Etikxeber.az xəbər verir ki, İxtiyar Əliyev 1994-cü ilin iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində sadə bir ailədə-Əliyevlər ailəsində dünyaya gəlib.
Ailədə 3 uşaq, 3 qardaş olublar.
İxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və həyatını da Ordu, hərb ilə bağlayıb.
Aprel döyüşlərinin iştirakçılarından olub.
Eyni zamanda, Azərbaycan Orsusunun Giziri olaraq, İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə qatılıb.
Tərtər-Ağdərədən, Suqovuşandan Murov yüksəkliyinə qədər döyüş yolu keçib.
Oktyabrın 3-də ağır döyüşlərin birində yaralanan İxtiyar Əliyev xəstəxanada həkimlərə 1 gün belə qala bilməyəcəyini deyərək yenidən döyüşə yollanıb.
Atası İlqar Əliyev oğlu ilə sonuncu dəfə 2020-ci ilin 4 oktyabrında görüşüb.
Döyüş yolu 10 gün çəkən İxtiyar Əliyev 2020-ci ilin oktyabr ayının 6-da Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdən birində birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Lakin onun nəşini uzun müddət əldə etmək mümükün olmayıb.
Nəşi yalınız bir il bir həftədən sonra, 2021-ci ilin oktyabrın 13-də tapılaraq, ailəsinə təhvil verilib.
Bir gün sonra, 14 oktyabr 2021-cil tarixində isə Goranlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
İxtiyar Şəhidliyindən əvvəl 7 medalla təltif olunub.
Şəhidliyindən sonra isə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin digər qardaşı-Qazi Bəxtiyar İlqar oğlu Əliyev isə sağ ayağından amputasiya olunub.
Atası İlqar Əliyev də müharibə iştirakçısı olub, Birinci Qarabağ Savaşının veteranıdır.
O, həm də Goranlı kəndinin yeganə Şəhididir.
İxtiyar eyni zamanda, ailəli olub, xalası qızı ilə ailə həyatı qurub.
Goranlı kəndindəki küçələrdən biri Onun adını daşıyır.
***


Yusif Nəcəfov 14 oktyabr 2001-ci il tarixində Bakı şəhərinin Yasamal rayonunda, məşhur Dağlı məhəlləsində dünyaya göz açıb.
Evin üç övladından, iki qardaşdan biri, ailənin ortancılı olub.
2007-2018-ci illərdə Yasamal rayonunda yerləşən 52 saylı tam orta məktəbdə oxuyub.
18 yaşını bitirdikdən sonra, 2019-cu ildə isə həqiqi hərbi xidmətə yollanıb.
İkinci Vətən Müharibəsinin başlaması ilə Azərbaycan Ordusunun Əsgəri kimi 2020-ci ilin 27 sentyabr tarixindən döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Döyüş yolu 17 gün çəkib və 13 oktyabr tarixində Murovdağ istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, 14 okyabr tarixində, 19 yaşının tam olduğu gündə-doğum günündə İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra üç medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Yusif həm də subay olub.
Qeyd edək ki, Yusifin böyük qardaşı, 1999-cü il təvəllüdlü Emin Nəcəfov da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
Müharibənin ilk günündən son gününəcən döyüşlərdə iştirak edib.
Ali təhsilli Emin Nəcəfov İkinci Vətən Müharibəsindən sonra dörd medalla təltif edilib.
***


Heybullah Məzahir oğlu Əsdiyev isə Balakənin Qaysa kəndində, sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.
Evin-ailənin iki oğlan övladından, iki qardaşdan biri idi.
Hər iki qardaş həm də subay olublar.
1993-cü ilin oktyabrın 14-də dünyaya gələn Heybullah İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
O, özü könülü şəkildə səfərbərliyə müraciət edib, İkinci Vətən Müharibəsinin ilk günlərindən, ilk anlarından da cəbhənin ən ağır nöqtələrindən, bölgələrindən olan Talış, “Ağuçuq”, Suqovuşan istiqamətlərində döyüşüb.
Dünyaya gəldiyi tarixdə, 27 yaşının tamam olduğu gündə, 2020-ci ilin oktyabrın 14-də də Heybullah Suqovuşan istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 4 gün sonra doğlulub boya-başa çatdığı Qaysa kənd qəbiristanlığında dəfn edilib.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Heybullah da Yusif kimi subay olub.
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
14:25
***
FOTOLAR:

















14:45
***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





