Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
XV Avropa Gənclər Yay Olimpiya Festivalının altıncı gününə yekun vurulub.
Etikxeber.az xəbər verir ki, gün ərzində 30 dəst medal sahibini tapıb.
Azərbaycan millisi günü üç medalla tamamlayıb.
İdmançılarımız hər əyarlı medaldan bir dənə qazanıblar.
Bunlardan ikisi cüdoçuların hesabındadır.
Hüseyn Məmmədov (+90 kq) qızıl, Məhəmməd İmamverdiyev (81 kq) gümüş mükafat əldə edib. Digər mükafat idman gimnastı Səməd Məmmədlinin hesabındadır. O, dəstəli atdakı hərəkətinə görə gümüş medala yiyələnib.
Bununla da millimizin medal sayı 23-ə çatıb. Bunlardan 10-u qızıl, 7-si gümüş, 6-sı bürüncdür. Azərbaycan bu göstərici ilə 2-ci sıradakı yerini qoruyub. Komandamız eyni sayda qızılı olan Türkiyəni gümüş medalların sayında qabaqlayır. Rusiya millisi isə böyük fərqlə liderdir.
yer | ölkələr | qızıl | gümüş | bürünc | Cəmi |
1 | Rusiya | 25 | 14 | 19 | 58 |
2 | Azərbaycan | 10 | 7 | 6 | 23 |
3 | Türkiyə | 10 | 5 | 9 | 24 |
4 | Böyük Britaniya | 8 | 12 | 2 | 22 |
5 | İtaliya | 7 | 9 | 6 | 22 |
6 | Ukrayna | 6 | 6 | 10 | 22 |
7 | Polşa | 5 | 2 | 6 | 13 |
8 | Belarus | 5 | 1 | 6 | 12 |
9 | Rumıniya | 4 | 5 | 3 | 12 |
10 | Fransa | 3 | 7 | 12 | 22 |
11 | Almaniya | 3 | 5 | 13 | 21 |
12 | İspaniya | 3 | 4 | 7 | 14 |
13 | Xorvatiya | 3 | 1 | 0 | 4 |
14 | Estoniya | 3 | 0 | 2 | 5 |
14 | İsveç | 3 | 0 | 2 | 5 |
16 | Finlandiya | 2 | 3 | 1 | 6 |
17 | Hollandiya | 2 | 2 | 4 | 8 |
18 | İrlandiya | 2 | 0 | 2 | 4 |
19 | Gürcüstan | 1 | 5 | 7 | 13 |
20 | Norveç | 1 | 5 | 2 | 8 |
21 | Çexiya | 1 | 1 | 2 | 4 |
21 | Danimarka | 1 | 1 | 2 | 4 |
23 | Bolqarıstan | 1 | 1 | 0 | 2 |
24 | İsrail | 1 | 0 | 1 | 2 |
25 | Kosovo | 1 | 0 | 0 | 1 |
25 | Avstriya | 1 | 0 | 0 | 1 |
27 | Macarıstan | 0 | 8 | 9 | 17 |
28 | Belçika | 0 | 4 | 2 | 6 |
29 | Moldova | 0 | 1 | 4 | 5 |
30 | Serbiya | 0 | 1 | 2 | 3 |
31 | İsveçrə | 0 | 1 | 0 | 1 |
31 | Portuqaliya | 0 | 1 | 0 | 1 |
33 | Yunanıstan | 0 | 0 | 3 | 3 |
34 | Kipr | 0 | 0 | 1 | 1 |
34 | Sloveniya | 0 | 0 | 1 | 1 |
34 | Slovakiya | 0 | 0 | 1 | 1 |
34 | Latviya | 0 | 0 | 1 | 1 |
Cəmi | 112 | 112 | 148 | 372 |
Etikxeber.az