Ölkədə Olimpiya idman komplekslərinin 90 faizi dövlət büdcəsi hesabına saxlanır.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülmməmədov deyib.
Palata sədrinin sözlərinə görə, Olimpiya idman komplekslərinin yalnız 5-10 faizi özünü saxlaya bilir.
“Özünü saxlaya bilən komplekslərdən Kürdəmir və Tovuz Olimpiya idman komplekslərini qeyd edə bilərəm”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az