Olimpiya idman komplekslərinin 90 faizi dövlət büdcəsi hesabına saxlanır – PALATA SƏDRİ

Ölkədə Olimpiya idman komplekslərinin 90 faizi dövlət büdcəsi hesabına saxlanır.

Etikxeber.az  məlumat verir ki, bunu  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülmməmədov deyib.

Palata sədrinin  sözlərinə görə, Olimpiya idman komplekslərinin yalnız 5-10 faizi özünü saxlaya bilir.

“Özünü saxlaya bilən komplekslərdən Kürdəmir və Tovuz Olimpiya idman komplekslərini qeyd edə bilərəm”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Daha yaxşı yaşamaq imkanlarımız var və bunun üçün potensialımız böyükdür” – ZİYAD SƏMƏDZADƏ – YENİLƏNİB – (1)

Read Next

Yoxlamalara məhdudiyyətlər aradan qaldırılır – MİLLƏT VƏKİLİNDƏN TƏPKİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir