Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən sentyabrın 5-də ölkə ərazisində havadakı tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, bunun səbəbi ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.
Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.
Etikxeber.az