“Ölkə Prezidentinin apardığı siyasətin təzahürüdür ki, bu illər ərzində xalqımız öz bütövlüyünü, humanistliyini itirməyib”-DEPUTAT SEÇİCİLƏRİ İLƏ YENİDƏN BİR ARAYA GƏLDİ, YEVLAXLILAR NÖVBƏTİ DƏFƏ ÖLKƏ PREZİDENTİNƏ DƏSTƏK İFADƏ ETDİLƏR – FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov hər zaman olduğu kimi, yenə də bayram günlərində xüsusi karantin qaydalarına riayət etməklə, öz seçiciləri ilə görüşlərini davam etdirib.

Millət vəkili seçiciləri ilə birlikdə olaraq, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, İ. Məmmədov ölkə Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti və qəhrəman Azərbaycan Əsgərinin rəşadətinin nəticəsində geridə qoydğumuz 2020-ci ilin ölkəmiz üçün Zəfər ili olaraq yaddaşlarda qaldığını bildirib.

30 ildən artıqdır düşmən işğalında olan tarixi torpağlarımız Qarabağın azad edilməsini, bu il xalqımızın ən böyük hədiyyəsi adlandıran millət vəkili bu şərəfli və məğrur anları bizlərə yaşadan ölkə Prezidentinə və qəhrəman əsgərlərimizə minnətdar olduğunu vurğulayıb.

Torpağlarımızın azadlığı uğrunda canlarını fədan edən şəhidlərimizin əziz xatirəsinin tarix var olduqca xalqımızın qəlbində əbədi yaşayacağını bildirən İ. Məmmədov bu gün dövlətimizin əsas ali məqsədinin şəhid ailələrinin, qazilərimizin sosial-məişət problemlərinin həlli olduğunu bildirib.

İ. Məmmədov Prezident İlham Əliyevin, Birinci vitse Prezident Mehriban xanım Əliyevanın hər zaman olduğu kimi, bu gün də bütün diqqət və qayğısının şəhid ailələrinə, öz sağlamlıqlarını itirmiş qazilərimizə yönəldiyini diqqətə çatdırıb.

Millət vəkili 44 gün ərzində qazanılan bu zəfərin mərkəzində xalqın ölkə Prezidentinə olan inamının, dəsdəyinin durduğunu vurğulayaraq qeyd edib ki, Müzəffər Ali Baş Komandan da hər zaman Azərbaycan xalqına, onun birliyinə inanıb:

“İkinci Vətən Müharibəsi dövründə xalqımızın arxa cəhbədə əsgərinə göstərdiyi diqqət qayğı, yaşanan bu birlik əslində cənab Prezidentin apardığı məqsədyönlü siyasətin təzahürüdür ki, bu illər ərzində xalqımız öz bütövlüyünü, humanistliyini heç zaman itirməyib. Bütün bu uğurların yekun nəticəsidir ki, bu gün biz Qarabağ Azərbaycanındır deyərək işğaldan azad olunmuş torpağlarımızda üç rəngli vətən bayrağını dalğalandırırıq”– deyən İ. Məmmədov bütün bu qazanılan qələbələr münasibəti ilə də birdaha seçicilərini təbrik edib.

Millət vəkili yeni gələn 2021-ci ilin ölkəmiz üçün quruculuğ ili olduğunu, artıq xalqımızın Qarabağ adlı bir ağrı acı ilə yaşmayacağını qeyd edərək bildirib ki, Azərbaycan özünün böyük inkişaf yolunda uğurla addımlamaqdadır:

“Hər il xalqımızın sosial rifahı dahada yaxşılaşır. Yeni iş yerlərinin açılması, özünəməşğulluğun artırılması, qeyri neft sektorunun inkişafı uğurlu inkişafın bariz nümunəsidir”.

Rayon sakinləridə öz növbəsində xalqımıza Zəfəri yaşadan, bizləri məğlub bir xalqdan, qalib xalqa çevirən ölkə Prezidentinə minnətdarlıq bildiriblər.

Yevlax sakinləri hər zaman olduğu kimi, bu gün də mərhum Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı, Azərbaycan xalqının Qəhrəman, Xilaskar oğlu, ölkə Prezidenti İlham Əliyevə dəsdək olduqlarını, onun ətrafında dəmir yumruq kimi birləşdiklərini bildiriblər.

Sonda İ. Məmmədov seçicilərinin problemlərini dinləyib, bir sıra problemləri yerində həll edərək, digərlərinin həlli istiqamətində müvafiq qurumlara məlumat verəcəyini qeyd edib.

Etikxeber.az

Read Previous

“Bərdə raketlərdən atəşə tutulduğu zaman insanları xilas edərkən, özü Şəhid oldu…”-MİLLƏT VƏKİLİ ŞƏHİD RƏŞAD ŞƏFİYEVDƏN YAZDI – FOTOLAR

Read Next

“Çətin olduğu qədər də, şərəfli bir missiyadır…Biz bunu da bacaracağıq, bunu da edəcəyik”-ELDƏNİZ SƏLİMOV PREZİDENTİN SON MÜŞAVİRƏSİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir