Ölkə üzrə 2,164 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib – “Azərenerji”-nin iddiası

Yanvar ayında “Azərenerji” ASC tərəfindən ölkə enerjisi sistemində 2,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,164 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, ötən ilin yanvar ayında ölkə üzrə 2,05 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Etikxeber.az

Read Previous

Rus Dram Teatrı mart repertuarını açıqladı

Read Next

Həndbol üzrə Azərbaycan millisi Rusiyada beynəlxalq turnirlərdə qüvvəsini sınayacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir