“Ölkədə yeni inqilab mehi əsməkdədir…”-ELMAN NƏSİROV

İşğalçı Ermənistan hakimiyyəti kritik vəziyyətdən çıxmaq, ondan narazı olan əhalinin fikrini yayındırmaq üçün təxribata əl atdı. Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çökməsi millətçilik dalğasının yüksəlməsinə və “xarici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışlararın artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan çox gözəl dərk edir ki, irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan Ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir.

“Bu vəziyyətə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan ordusunun hücuma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir.

İyulun 12-də Ermənistan hərbi birləşmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə qəfil hücuma keçərək hərbi təxribat törədiblər. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi avantüraya görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlətin belə bir addım atması ilk növbədə, mövcud diktator rejiminin ölkə daxili problemlərlə üzləşməsi ilə izah olunur. Heç kəsə sirr deyildir ki, koronavirus pandemiyası Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırıb.

Ölkədə yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qalıblar. Daxili riskləri süni yaradılmış xarici risklər hesabına kompensasiya etmək, yəni – hərbi avantüraya əl atmaqla Ermənistan rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq niyyətindədir. Sadə ermənilər diktatura rejiminin ömrünü uzatmaq naminə övladlarını müharibədə qurban vermək istəmirlər və bununla bağlı etiraz edənlərin sayı gündən-günə artmaqdadır…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Prezidentin köməkçisi “Aljazeera” kanalında Paşinyanın sabiq müşaviri ilə-DEBATA ÇIXDI – VİDEO

Read Next

“Növbəti həftədə Ermənistanın Azərbaycana qarşı zorakılığı və onun səbəb olduğu nəticələrin müzakirəsi üçün GUAM PA-nın növbədənkənar Büro iclasının keçirilməsinə çağırış edirəm”-GUAM PA-NIN SƏDRİ ELNUR ALLAHVERDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir