Ölkəmizdə 50-dən çox fransız şirkəti fəaliyyət göstərir – SPİKER

Milli Məclisin (MM) Sədri Oqtay Əsədov Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Etikxeber.az-ın xəbərinə görə, spiker dedi ki, parlamentlərimizdəki dostluq qruplarının qarşılıqlı səfərləri münasibətlərimizin inkişafı baxımından böyük əhəmiyyət daşıyır:

“İkitərəfli münasibətlərimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli görüşlər mühüm rol oynayır. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verib.  Bu günədək Azərbaycanla Fransa arasında 50-dən çox hüquqi sənəd imzalanıb.

Fransa Azərbaycanın ən qabaqcıl ticarət tərəfdaşlarından biridir. Cari ilin ilk 8 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 630 milyon ABŞ dolları həcmində olub. Bütövlükdə ötən il bu göstərici 624 milyon təşkil etmişdir. Bu gün ölkəmizdə 50-dən çox Fransız şirkəti, o cümlədən “Total” və “Gaz de France” kimi tanınmış şirkətlər uğurla fəaliyyət göstərir”.

Sədr siyasi, iqtisadi sahələrdəki uğurlarımızın mədəni-humanitar əlaqələrimizə də müsbət təsir etdiyini söylədi.

Bildirildi ki, 2012-ci ildən Parisdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir. Biz tez-tez bu ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin şahidi oluruq. Heç də təsadüfi deyil ki, Fransanın 14 şəhər və 1 vilayəti arasında əməkdaşlıq və dostluq sazişi imzalanıb. Azərbaycan Fransa ilə həyatın ən müxtəlif sahələrində əlaqələri  genişləndirmək niyyətindədir.

Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uper ölkəmizə səfərindən və səfər çərçivəsində keçirilən görüşlərdən məmnun  qaldığını söylədi.

Qeyd edildi ki, Fransa Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi və mədəni əlaqələri dərinləşdirmək niyyətindədir. Münasibətlərimizin daha da inkişaf etdirilməsində parlamentlərin rolu böyükdür.  Deputatlarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi məqsədlərə xidmət edir.

Etikxeber.az

Read Previous

“Onun vəfatı Azərbaycan mədəniyyəti, incəsənəti üçün böyük itkidir…” – AYBƏNİZ HAŞIMOVA

Read Next

“Sinif otaqlarına telefonla daxil olmaq qadağan edilməlidir” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0