“Ölkəmizdə bütün seçkilər azad və demokratik keçirilib…” – MƏLAHƏT İBRAHİMQIZI – FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə deputatlığa  namizədi Məlahət İbrahimqızı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini 1-ci mkr., A.Məhərrəmov-27 və M.Cəfərov-10 ünvanlarında  keçirib.

Etikxeber.az xəbər verir ki, görüşlərdə deputatlığa namizəd  M. İbrahimqızı Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərinməzmunlu islahatlar haqqında ətraflı məlumat verib.

Qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı,  insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir.

Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar  islahatların nəticələrini öz həyatlarında hiss edirlər. M.İbrahimqızı söyləyib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tututr.

 Azərbaycanın hüquq-demokratik dövlət olduğunu deyən M. İbrahimqızı bildirib ki, ölkəmizdə bütün seçkilər azad və demokratik keçirilib. Bu dəfəki parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb, namizədlər üçün bərabər şərait yaradılıb.

Deputatlığa namizəd həmçinin, YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib.

Qeyd olunub ki, seçki proqramında ölkəmizin daha da inkişafı, xüsusilə əhalinin rifah halının yüksəldilməsi istiqamətində müddəalar əksini tapır. Partiyamız sadəcə vəd vermir, təqdim etdiyi seçki proqramı layiqincə yerinə yetirir.   

Bakı şəhərində abadlıq və quruculuq işlərinin böyük vüsət aldığını deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbətlə qarşılanır.

M.İbrahimqızı bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Eyni zamanda, görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib.

Seçicilər bir sıra sosial, kommunal məsələlərin həlli bağlı fikirlərini bildiriblər.

Deputatlığa namizəd M. İbrahimqızı qaldırılan məsələlərin təhlil olunaraq həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

“Xoş sözlərin şahidi olduqca…” – SAHİBƏ QAFAROVA – FOTOLAR

Read Next

“İnsanlar qlobal məsələlərlə bağlı müraciət etmirlər…” – KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir