“Ölkəmizin qadınları adına bu çox qürurverici faktdır…”-FATMA YILDIRIM

Bu gün Qadın Siyasi Liderlər (WPL) təşkilatının onlayn formada keçirilən seminarında iştirak etdim. 80-dən çox ölkənin təmsil olunduğu “Gələcəyin dünyasını formalaşdıran qadın liderlər: Yeni bir norma qururuq” adlı qlobal veb-seminarda Azərbaycan parlamentinin üzvü kimi iştirak etmək çox qürurvericidir. Tədbirdə COVİD-19 pandemiyasının bütün dünyada sağlamlığa, sosial və iqtisadi həyata mənfi təsirlərinə baxmayaraq, cəmiyyətdə qadınlar üçün yarada biləcəyi fürsətlərlə bağlı fikirlər səsləndirildi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

Qeyd edib ki, postpandemiya dövründə formalaşacaq yeni dünya siyasətində qadınların kişilərlə bərabər imkanlara sahib olmaları ilə bağlı həyata keçirilə biləcək fəaliyyətlər müzakirə olundu.

“Çıxışlarda əsasən hər bir ölkədə qadınların aktiv siyasətdə və rəhbər vəzifələrdə təmsil olunmasının cəmiyyətin çoxşaxəli inkişafı üçün önəmli olduğu vurğulandı. Son illər ölkəmizdə hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın aktiv əmək fəaliyyəti biz Azərbaycan qadınları üçün bariz nümunədir. Onun rəhbərliyi ilə bu gün ölkəmizdə qadınlar gündən-günə dövlət idarəçiliyinə daha çox cəlb olunublar. Ölkəmizin qadınları adına bu çox qürurverici faktdır. Bugünkü tədbirə dəvət və faydalı fikir mübadiləsi üçün təşkilat rəhbərliyinə təşəkkürümü bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Daha 352 nəfər koronavirusa yoluxub, 210 nəfər sağalıb, 6 nəfər ölüb”-TƏBİB – YENİLƏNİB

Read Next

“Qeyri-dəqiq və nəzakətsiz məlumatları özündə əks etdirən müraciətlər çox olmasa da, var…”- DEPUTAT NARAZILIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir