“Ölkənin hər yerində “Qarabağ Azərbaycandır” sədasını eşidirik” – VİTSE-PREMYER

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda Dəyirmi masa keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, Dəyirmi masada ölkədə fəaliyyət göstərən siyasi partiyaların təmsiçiləri, millət vəkilləri, politoloqlar iştirak edirlər.

Tədbirdə çıxışı zamanı YAP sədrinin müavini və icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı bir çox ünvana hədəflənmiş çıxış idi: “Ermənistan xülyasından əl çəkməlidir. Mesaj ünvanlanan hədəflərdən biri beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasənı üzərlərinə götürüblər”. Ə.Əhmədov qeyd edib ki, Qarabağın erməni əhalisi Qarabağın Azərbaycan əhalisinin sayının 1 faizinə bərabərdir. YAP sədrinin müavininin qeyd etdiyinə görə, İ. Əliyevin mesajının ünvanı həm də Azərbaycan cəmiyyəti idi: “Bu gün ölkənin hər yerində “Qarabağ Azərbaycandır” sədasını eşidirik. Bu, torpaqları işğaldan azad etmək əzmini daha da qətiləşdirir. Yeni Azərbaycan Partiyası olaraq, bu ideyanın gerçəkləşdirilməsi üçün addımlar atırıq. Yollarda bu şüarları əks etdirən elektron monitorlar quraşdırılıb, plakatlar yerləşdirilib, kampaniya üçün köynəklər sifariş verilib. “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır”. Onun sözlərinə görə, Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir:

“Danışıqlar prosesində iştirak edən tərəflər bəllidir: “Bu tərəflərdən biri də Ermənistandır. Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidir”.

fazail_agamali_141015

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı çıxışında deyib ki, bütün Azərbaycan cəmiyyəti “Qarabağ Azərbaycandır” hərəkatı ətrafında birləşməlidir: “Bu şüar altında ümumxalq yürüşü keçirilməlidir. Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən Bayraq meydanına yürüş edilə bilər. Bununla iradəmizi orataya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik”.

Millət vəkilinin dediyinə görə, Azərbaycanda sayı ermənilərdən qat-qat çox olan etnik qruplar var, onlar əsrlər boyu azərbaycanlılarla eyni sırada, eyni mövqedə bu dövlət üçün canlarından, qanlarından keçiblər: “Əgər bu etnik qruplar azərbaycanlılarla bərabər, heç bir problem olmadan yaşayırlarsa, ermənilər də Azərbaycan qanunlarını, ərazi bütövlüyünü qəbul edərək Azərbayxan xalqı ilə bərabər yaşayıb dövlətçiliyə xidmət edə bilərlər”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Son illərdə tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır” – PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

“Atmalı olduğumuz yeni addımları müəyyənləşdirəcəyik…” – İLHAM ƏLİYEV – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir