“Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə…”-PƏRVİN KƏRİMZADƏ

Müstəqil Azərbaycan məqsədyönlü siyasət yürüdən, yalnız öz daxili imkanlarına arxalanaraq uğurla və sürətlə inkişaf edən, dünya miqyasında nüfuzu olan bir dövlətdir. Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, hər zaman hər bir azərbaycanlının yanında olan, onların problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmələri də bunun daha bir nümayişi oldu”.

Millət vəkilinin sözlərinə görə, tədbirdə Prezident İlham Əliyev “Paşa Holdinq”in vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edildiyini və orada 4 minə yaxın köçkün ailəsi məskunlaşdığını diqqətə çatdırdı. Bu da həmin 4 minə yaxın köçkün ailənin üzvlərinə sevinc bəxş edilməsi, sosial şəraitlərinin yaxşılaşdırılması deməkdir. Təkcə bu il 7 mindən çox məcburi köçkün ailəsinin mənzillərlə təmin ediləcək.

“Şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin böyük hissəsini dövlətin öz üzərinə götürdüyünü bildirən dövlətimizin başçısı deyib: “Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq”. Ölkə Prezidentinin bu fikirləri ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin xalqın mənafeyini tam ifadə etdiyindən xəbər verir. Bütün bunlar tutduğu məqamdan asılı olmayaraq, hər bir azərbaycanlıda ruh yüksəkliyi yaradır, dövlətinə və dövlətçiliyinə olan güvəni, inamı daha da artır”.

Etikxeber.az

Read Previous

“Los Anceles şəhərində erməni radikallarının törətdiyi barbarlıq əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb”-XİN MƏLUMAT YAYDI

Read Next

Son iki gündə Ermənistanın 3-cü PUA-sı-MƏHV EDİLİB -MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir