2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərclərinin 150 milyon manat və yaxud 4,9% artırılaraq 3 037,618 milyon manatdan 3 187,618 milyon manata çatdırılması nəzərdə tutulur.
Etikxeber.az xəbər verir ki, bu məsələ “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, qanun layihəsi prezidentin imzası ilə parlamentə və onun bir neçə komitəsinə müzakirəyə göndərilib.
Qanun layihəsi parlamentin 28 iyun tarixli plenar iclasında müzakirə olunacaq.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az