“Ölkənin strateji maraqlarını zərbə altına qoymaq yolverilməzdir…”- EKS BAŞ NAZİRDƏN MN-Ə ETİRAZ

Müdafiə Nazirliyi (MN) tərəfindən Ermənistanın işğal etdiyi Qarabağa üçüncü yol çəkməsinin güya əvvəlki iki yolun Azərbaycan silahlı qüvvələrinin atəş zonası altında olması ilə əlaqələndirməsi barədəki açıqlaması doğru olmayan və üstəlik zərərli açıqlamadır.

Etikxeber.az-ın xəbərinə görə, bunu sabiq deputat, eks baş nazir Pənah Hüseyn öz sosial şəbəkə hesabında yazıb.

“Silahlı qüvvələrimiz deyilən iki yolun yalnız birinə, Naxçıvandakı kiçik bir hissədə nəzarət etmək imkanına malikdir. Üçüncü yol işğalçının ərazimizi ilhaq və məskunlaşdırma istiqamətində atdığı addımdır. Avropa İttifaqının bu üçüncü yolun çəkilməsi ilə əlaqədar Azərbaycana torpaqlarımızı azad etmək üçün azadlıq müharibəsi hüququ verən axırıncı sənədi də bununla bağlıdır. Ucuz təbliğat naminə ölkənin strateji maraqlarını zərbə altına qoymaq yolverilməzdir!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Əl verib salamlaşmayın, öpüşüb-görüşməyin, maska taxın…”-MÜXALİFƏT PARTİYASININ LİDERİNDƏN ÇAĞIRIŞ

Read Next

Sabiq müdafiə nazirinə kürəkəni xəsarət yetirib?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir