Ölkəyə qanunsuz yolla gətirilən 27 ədəd mobil telefon müsadirə edilib

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 27 ədəd mobil telefon, 13 ədəd adapter, 11 ədəd qulaqcıq və 29 ədəd mobil telefon qutusu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Neftin qiyməti yenə ucuzlaşdı

Read Next

Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarını yerləşdirilməsi üzrə hərraclar keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir