“Ölkə Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi Azərbaycana böyük etimadın və güvənin göstəricisidir”-JALƏ ƏLİYEVA YAZIR

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən, xüsusilə, 1992-ci ilin martın 2-də BMT-nin bərabərhüquqlu üzvü seçildikdən sonra dünya ailəsinin bir üzvünə çevrilib.

Ötən 28 il ərzində də ölkəmiz özünü dünya ailəsinin ən layiqli, ən etibarlı üzvlərindən biri kimi aparıb, istər BMT-nin, istərsə də sonradan üzvü oduğu digər beynəlxalq və regional təşkilatların bütün dəyərlərinə, prinsiplərinə, öhdəliklərinə hər zaman əməl edib, onlara sayğı və ehtiramla yanaşıb, öz töhfələrini verib.

Elə bunun nəticəsidir ki, bir neçə il öncə ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, bir müddət Təhlükəsizlik Şurasına sədrlik missiyasını uğurla yerinə yetirmişdi.

Eyni zamanda, 2011-ci ildə BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkətına qoşulub, qısa zaman kəsiyində qurumun 120-dən çox üzvü arasında öz prinsipiallığı, öz fəallığı ilə seçilib və ötən ilin payızında bu qurumun Bakıda keçirilən möhtəşəm 18-ci Zirvə toplantısına evsahiblyi edib, 2019-2022-ci illərdə bu təşkilata sədrlik funksiyasını üzərinə götürüb.

Dünyada və onun təkib hissəsi kimi ölkəmizdə bu ilin yanvar-fevral aylarından başlayan və hələ də davam edən koronavirus pandemiyasına baxmayaraq, məhz Azərbaycanın, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə may ayında bu təşkilatın 40-dan çox üzv dövlətinin liderinin iştirakı ilə videokonfrans formatında Zirvə görüşünün keçirilməsinə nail olub.

Hər kəs də şahiddir ki, həmin toplantıda hansı mühüm qərarlar qəbul edilib və əsas məqamlardan biri də odur ki, Azərbaycan həmin toplantıda Ümumdünya Səhiyyət Təşkilatına (ÜST) əlavə 5 milyon dollarlıq ianənin ayrılmasına (üst-üstə 10 milyonluq) qərar verib.

Hansı ki, ötən aylarda dünyanın supergüclərinin əsas hədəfinə çevrilən bir quruma-ÜST-ə Azərbaycan ən çətin anlarında mənəvi və maddi dəstək, arxa-dayaq olub.

Bununla yanaşı, ölkəmiz, dövlət başçımız Azərbaycanın birbaşa təşəbbüsü və iştirakı ilə yaradılan, hazırda da dünyada öz layiqli yerini tapmaqda, nüfuz qazanmaqda olan Türk Şurasının hökumət və dövlət başçılarının videokonfrans şəklində Zirvə görüşünün baş tutmasına çalışıb və quruma sədrlik funksiyasını yerinə yetirən bir dövlət kimi, bunu uğurlu şəkildə reallaşdırılıb.

İstər Qoşulmama Hərəkatının, istərsə də Türk Şurasının Zirvə görüşlərində həm sədrlik fəaliyyətini uğurla yerinə yetirdiyinə, həm bu çətin günlərdə adıçəkilən qurumlara, onun üzvü olan dövlətlərə maddi yardım əli uzatdığına, həm də koronavirus adlı dəhşətli bəla ilə mübarizədə daha qətiyyətli və cəsarətli addımlar atdığına görə, təqdir qazanıb, dəyərləndirilib, qiymətləndirilib.

Bunlar çox böyük siyasi-diplomatik uğurlardır və bu uğurların birmənalı müəllifi isə ölkə rəhbəri cənab İlham Əliyevdir.

Eyni zamanda, çox sevindirici və əlamətdar haldır ki, Azərbaycanın, yenə dövlət başçımızın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi məsələsi qaldırılıb.

Artıq dövlət başçımızın bu təklifi BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən müsbət qarşılanıb, dəstəklənib.

Bunun özü də böyük uğur və tarixi hadisədir. Bunun özü də bir ilkdir, hər zaman ilklərə imza atan bir ölkə kimi, bu dəfə də ilkə imza atılıb.

Bunun özü həm də Azərbaycanın güvənli dövlət və etibarlı tərəfdaş olmasına əyani sübutdur, ölkəmizə növbəti etimadın göstəricisidir.

Artıq bəyan olunduğu kimi, Azərbaycan Respublikası BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizə ilə bağlı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının təşkil olunmasına dair formatın və modallıqların müəyyənləşdirilməsi, xüsusi sessiyanın sonunda nəticələrin əldə edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. Çünki indiki ağır və həssas dönəmdə dünyanın bir saylı təşkilatının, onun Baş Assambleyasının bir araya gəlməsinə və vacib qəralar verməsinə ehtiyac var.

Bu, həm də illərdir imici və nüfuzu zədələnmiş BMT-nin dünyada nüfuzunun artmasına, ona olan inamın bərpa edilməsinə öz töhfəsini verə bilər. Bu baxımdan inanıram və əminəm ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.

Çünki dediyim kimi, COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var.

Bəli, ölkəmiz üzvü olduğu təşkilatlara indiyə kimi, öz töhfələrini verib, bu gün də töhfələrini verir, sabah da, gələcəkdə də öz töhfələrini verəcək.

Bəli, BMT Baş Assambleyasının da xüsusi sessiyası baş tutacaq və ölkəmiz özünün siyasi-diplomatik uğurlarına növbətisini əlavə edəcək.

Bu, bizim yolumuz, bu, bizim hədəfimiz, bu, bizim xəttimizdir!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

MM-in sabahkı iclası: 17 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ, TİBBİ MASKA TAXMAYANLAR ÜÇÜN CƏRİMLƏR İKİ DƏFƏ ARTIRILACAQ

Read Next

“Həsən bəy öz həyatı, fəaliyyəti ilə xalqımızın tarixində, mədəniyyətində uca yerlərdən birinə sahibdir”-PARLAMENTİN KOMİTƏ SƏDRİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir