“Ölkəmiz ən müxtəlif məsələlərdə dünyanın ən ideal dialoq mərkəzinə çevrilib” – İBRAHİMOV

“Azərbaycan daim sülhü, təhlükəsizliyi, humanizmi dəstəkləyir, multikultural dəyərlərin qorunub saxlanması, o cümlədən dinlərarası münasibətlərin inkişafı üçün mütəmadi addımlar atır. Bu da təsadüfi deyil. Çünki Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründən bu günə kimi, yəni, onun  bütün sahələrdə siyasətini, kursunu uğurla davam etdirən, Azərbaycanı bu qarışıq dünyamızda zəfərlərdən zəfərlərə doğru aparan ölkə Prezidenti cənab İlham Əliyevin 14 illik iqtidarı zamanı ölkəmiz ən müxtəlif məsələlərdə, yəni, yuxarıda xatırlardığım məsələlərdə dünyanın ən ideal dialoq mərkəzinə, məkanına çevrilib. Bu baxımdan, ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun görüş yeri üçün də məhz ölkəmizi- Bakını seçməsi təsadüfi və təəccüblü sayıla bilməz, bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun, ona olan böyük etimadın göstəricisidir”.

Bunu Etikxeber.az-a  açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov deyib.

Komitə sədri bir daha xatırladıb bildirib ki,  Azərbaycanda buna qədər dəfələrlə ən müxtəlif forumlar, ən yüksək tədbirlər keçirilib.

“Eyni zamanda, bundan öncə Rusiya və İranın dövlət başçıları Azərbaycanda görüşüblər. Belə tədbirlərin Azərbaycanda keçirilməsinə hər bir ölkə razılıq verib. Məsələn, səsvermə ilə Avropa Oyunları Azərbaycana təyin olunub, Azərbaycan 155 səslə BMT Təhlükəsizlik Şurasına rəhbərlik edib. Yəni, bunlar Azərbaycanın dünyada, beynəlxalq aləmdə nüfuzunun artması, Azərbaycanın daxilində yaradılan ictimai-siyasi sabitlik və Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsidir. Bilirlər ki, Azərbaycanda belə toplantıların keçirilməsi çox böyük fayda verəcək. Bu, bir azərbaycanlı kimi hər birimizdə də böyük fəxarət və iftixar hissi doğurur. Bir sözlə, Azərbaycan hələ bundan sonra da bu cür yüksək səviyyəli görüşlərə, beynəlxalq təbdirlərə, forumlara evsahibliyi edəcək“-deyə, E.İbrahimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Danford-Gerasimov görüşü iki dövlətin ölkəmizə olan etimadının göstəricisidir” – DEPUTAT

Read Next

Rəcəblinin qanunu bəyənildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir