“Ölkəmiz təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını qətiyyətlə pisləyir” – NAZİR – FOTO

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin icraçı direktoru xanım Mişel Koninks ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XIN)  mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.

Komitənin nümayəndə heyətinin ötən il Azərbaycana etdiyi səfərindən bəhs edən iraçı direktor, terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir edib və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Elmar Məmmədyarov ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını qətiyyətlə pislədiyini bildirərək, bu bəla ilə mübarizədə bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.

Etikxeber.az

Read Previous

“Səudiyyə Ərəbistanı işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir…” – SAMİR ŞƏRİFOV

Read Next

Klopp “Ən yaxşı məşqçi”, Messi “Ən yaxşı futbolçu” adına layiq görüldü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir