“Ölkəmizdə əhalinin say artımı stabil və dinamikdir…” – MİLLƏT VƏKİLİ

Hikmət BABAOĞLU: “Demoqrafik vəziyyətin yaxşı olması ölkəmizdə müşahidə olan iqtisadi inkişaf və həyata keçirilən social siyasətlə bağlıdır”

Ölkəmizdə əhalinin sayı dinamik olaraq artmaqdadır. Bu, bütövlükdə milli strateji maraqlar kontekstində mühüm bir hadisədir.Çünki hazırda dünyada, o cümlədən, qonşu ölkələrdə demoqrafik problemlər var.

Qloballaşma əhalinin sayının artmasına mənfi təsir göstərməklə yanaşı, həm də miqrasiyaya yol açır. Beləliklə, əhalinin sayı azlır və nəticə etibarilə iqtisadi inkişafı təmin edə biləcək əmək resursları məhdudlaşmış olur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib.

hikmet_babaoglu_2

Millət vəkilinin sözlərinə görə, bu sə milli inkişafın prespektivlərinə həm iqrisadi həm də strateji müstəvidə mənfi təsir göstərir.

“Ancaq ölkəmizdə əhalinin say artımı stabil və dinamikdir. Yəni hər il stabil olaraq əli artmaqdadır və bu ilk növbədə Azərbaycanda mövcud olan iqtisadi inkişaf və social siyasətlə bağlıdır.Çünki rifah olmayan ölkədə əhali artımını təmin etmək mümkün deyil.

Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq əhali artımını məhz bu faktorla izah edərək bildirdi ki, ölkədə demoqrafik vəziyyət normaldır. Bu isə sosial rifahın inkişafı ilə bağlıdır.

Bildiyiniz kimi, müasir dövrdə gənclər ailə həyatı qurarkən ailə planlaşdırılması aparırlar. Burada da əsasən ailə büdcəsi və ailə planlaşdırılması düz mütənasiblik təşkil edir.

Yəni, dünyaya gələcək uşaqıar ailə büdcəsi nəzərə alınmaqla planlaşdırılır. Düşünürəm ki, demoqrafik vəziyyətin yaxşı olması ölkəmizdə müşahidə olan iqtisadi inkişaf və həyata keçirilən sosial siyasətlə bağlıdır ki, bu da millətimizin gələcək inkişafını şərtləndirir…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev – RUSİYADA

Read Next

Düşmən təxribatı nəticəsində mülki şəxs həlak oldu – DSX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir