“Olland Qarabağ münaqişəsinə yanaşmada ədalətsiz mövqeyini açıqlamış oldu” – ELDƏNİZ SƏLİMOV

“Fransa Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yoluyla tənzimlənməsi funksiyasını, vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olsa da, təəssüflər olsun ki, daim ermənipərəst mövqeyi ilə seçilir. Eyni zamanda, bu ölkə uydurma və qondarma “erməni soyqırımı”nı ilk tanıyanlardan biri olmaqla yanaşı, bu “soyqırımını” inkar edənlərə qarşı cəza tədbirinin seçilməsini “qanuniləşdirən” ilk ölkələrdən  də biridir. Bu ölkənin, eləcə də, digər həmsədr dövlətlərin  ədalətsiz mövqeyi, ikili yanaşması, üclü-beşli standartları üzündən Ermənistan-Azərbaycan münaqişəsi hələ də öz ədalətli həllini tapmayıb, işğalçıya öz yeri tanıdılmayıb. Bu baxımdan, Fransa perzidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikir də əslində  bir o qədər təəccüb doğurmamalıdır. Yəni, Ollandın timsalında Fransa dövləti və hakimiyyəti bir daha öz ədalətsiz mövqeyini, ikili yanaşmasını açıqlamış olur və oldu. Bununla yanaşı, cənab Ollandın bu mövqeyi bir sıra ekspertlərin də qeyd etdiyi kimi, Fransada qarşıdan gələn seçki kampaniyası ilə bağlıdır”.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında  millət vəkili Eldəniz Səlimov deyib.

“Əfsuslar olsun ki, erməni diasporu və lobbisi ilə oyuna girən Fransa rəsmiləri başa düşmürlər ki, bununla onlar əslində öz ölkələrinin öz imicinə, nüfuzuna böyük zərbə vururlar, onlara olan, azacıq olsa belə, etimad limitini tükəndirirlər”- deyən millət vəkilinin sözlərinə görə, həmçinin,  bilmək lazımdır ki, Fransada prezident seçkiləri heç də Ollandın iştirakı ilə keçməyəcək.

“Ona görə təəssüflər olsun ki, bu insan bu istiqamətdə çıxışlar edərək daha çox Fransanın özünə problem gətirir, nəinki Azərbaycana. Bu həqiqəti anlaması və qəbul etməsi ilk növbədə onun özünə və onun kimi düşünənlərin özlərinə lazımdır. Hələ də gec deyil…”-deyə, E. Səlimov bildirib.

Millət vəkili bir daha xatırladıb ki, kimin nə deməsindən, hansı mövqeni əsirgəməsindən asılı olmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü  və suverenliyi çərçivəsində ədalətli həllini tapmalıdır və tapacaq.

“Dövlət başçısı cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan ərazi bütövlüyü məsələsində kimsəyə güzəştə getməyəcək, onun torpaqları hesabına ikinci erməni dövlətinin yaradılmasını razı olmayacaq və buna imkan verməyəcək. Elə bilirəm ki,  bu həqiqəti də hər kəs anlasa və qəbul etsə, daha məqsədəuyğun olar”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Bir daha qeyd edək ki, Fransa prezidenti Fransua Olland erməni diasporu ilə görüşdə bildirib ki, “Madrid prinsipləri” tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər.

Etikxeber.az

Read Previous

Şahin Növrəsli Sen-Lui Caz Festivalında iştirak edəcək

Read Next

Millət vəkilindən Ollanda kəskin etiraz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir