“Ölmür ölməsin, getmir getməsin, savaşmır savaşmasın…Cəhənnəmə ki…”-TANINMIŞ JURNALİST 12 İYULDAN YAZIR

Xalqdan kütlə düzəltmək istəyənlərə…

Bunu nə populizm, nə də məhşurlaşmaq üçün deyirəm. Birincini 45 illik həyatım boyu etmədim. Ikincini, etməyə ehtiyacım yox, həyat bu yolu zatən cızdi mənim üçün. Və gələk deyəcəklərimə…

Dəyərlilərim, indiki məqamda bizi təkcə özünüz görmürük. Bura, yəni, sosial şəbəkə də bizim ata ocağımız deyil. Bura, adından da bəlli olduğu kimi, sosaial şəbəkədir. Yəni, sizi, məni həm də düşmən görür, düşmən hesablayır.

Bizim mənəvi-psixoloji durumumuza görə qərar verilir. Bu proqnozlarla bizə qarşı yeni-yeni hücum planları cizilir.

O üzdən, Ermənistan Müdafiə Nazirinin rəsmisinin statuslarına komment yazan, hər hansı formada işarət qoyan azərbaycanlılar ehtiyatlı olun. İctimai yükü olan əzizlır, ikili müharibə aparan Azərbaycanın vətəndaşını hara, nəyə, niyə, aparırsınız?

İraq, Suriya, Liviya nümunələri var gözünüz önündə. Yetmədimi, filankəs varlıdır niyə ölmür?!

Ölmür ölməsin, getmir getməsin, savaşmır savaşmasın…Cəhənnəmə ki…

Dünən gecə küçələrə çıxan onlarla adamın heç birinin villası, biznesi, sərvəti yox idi, əminəm. Sıravi adamlar idi əksəriyyəri. Xalq idi, Xalq! Hər kəsdən incik, Xalq, vətəndaş! Indi icazə verin bir söz də deyim.

Dövləti, vətəni təhlükədə olanda, Xalqı heç kim, heç nə maraqlandırmır. Yaxanızı çox da yırtmayın.

Siz bu xalqdan kütlə düzəltməyə onsuz da müvəffəq olmayacaqsınız. İllərdir ideologiyasının yerinə süpürgə çəkməyə çalışsanız da, bacarmayacaqsınız. Onu məhəllə-məhəllə, küçə-küçə parçalamaq istətənlərin əlinə boşuna işləməyin yəni…

Bu xalq yaxşı bilir, varlının vətəni varıdır. Onun hər yerdə yaşamaq imkanı, şansı lyuksu var. Varlının vətəni olmur.

Xalqın sərvəti isə dövlətdir. Və siz, yüz yerə işləyən, ideologiyasız, təəssübsüz zatlar, dövlətlə, siyasi hakimiyyət sözünü eyni mənalı termin kimi millətə sırımayın.

Siyasi hakimiyyətdə olanlardan inciklik olar, küskünlük olar, ədalətsizlik görər adamlar.

Amma və lakin dövlət candır, ondan keçən hər şeyindən keçmişdir demək.

Bu xalq başına min oyun gəlsə də ən son məqamda dövlətini canı, qanı, güclü, zəhmətkeş qolları ilə qurtarıb.

Qoluna qüvvət AZƏRBAYCAN XALQI!..

Jalə MÜTƏLLİMOVA,

13.04.2020

Etikxeber.az

Read Previous

Məmmədyarov Popov və Kaspşikə-NƏ DEDİ?

Read Next

“Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir