“Ölümündən sonra Andropovu “naməlum Kreml şairi” kimi təqdim edənlər də tapılib…”-FİRUZ MUSTAFA

Baş katibdən bir sevgi şeiri

Yuri Vladimiroviç Andropov uzun illər DTK-nın sədri, qısa bir müddət ərzində isə Sov.İKP MK-nın Baş katibi, yəni SSRİ-nin rəhbəri olub.

Yaşlı nəsil bu sərt, despotluğa meylli dövlət başçısını yaxşı xatırlayır.

Amma çoxları bilmir ki, o, həm də şair olub.

Ölümündən sonra onu “naməlum Kreml şairi” kimi təqdim edənlər də tapılib.

Vaxtilə Andropovun bir sıra şeirlərini dilimizə çevirmişdim.

Çoxu it-bata düşən həmin tərcümələrdən biri bugünlərdə əlimə düşdü.

Təzədən əl gəzdirdim. Y.Andropov bu şeiri öz həyat yoldaşına ithaf edib.

Yeri gəlmişkən, Y.V.Andropovun sevimli arvadı Tatyana Filippovna uzun illər psixi xəstəlikdən əzab çəkmiş, ömrünün sonlarında isə yaddaşını itirmişdir.

Bəli, taleyin qəribə işləri olur…

Mərhum Baş katibin öz həyat yoldaşına həsr etdiyi şeiri sizə orijinalla birlikdə oxuculara təqdim edirəm.

Zənnimcə ürəkdən yazılmış misralardır.

***

Юрий Андропов очень любил свою жену – Татьяну Филипповну Лебедеву, и часто посвящал ей стихи:

Писал и думал, дорогая, Что в пятьдесят, как в двадцать пять, Хоть голова почти седая, Пишу стихи тебе опять. И пусть смеются над поэтом, И пусть завидуют вдвойне За то, что я пишу сонеты Своей, а не чужой жене.Родная, близкая, с тобою Мы шли по жизни много лет, И жребий, брошенный тобою, Для нас двоих был «да» и «нет».Обоим нам светило счастье, Обоих нас трясла беда, Мы были в вёдро и в ненастье Друзьями верными всегда.

***

Yuri Andropoв

Yazarkən düşündüm, mənim əzizim,

Sanki əllidə yox, iyirmibeşdəyik.

Düzdür, saçımıza qar yağıb bizim,

Amma şeir yazmaq mənlikdir, mənlik…

Eybi yox, şairlər gülsünlər mənə,

Üstəlik paxıllıq edənlər nə çox.

Mən ki bu soneti yazıram sənə,

Sənə-xanımıma, yad qadına yox.

Mənim canım-gözüm, illərdir sənlə

Uzun bir yoldayıq, daşlı- kəsəkli….

Geriyə yol yoxdur, əzizim, dinlə

Bizimçün bir “yox” var, bir də ki, “bəli”.

Biz birgə olmuşuq, olsaq da harda,

Bir yerdə çəkmişik iztirabları.

Sadiq dostlar ilə çisəkdə, qarda

Keçib adlamışıq çətin yolları.

Firuz MUSTAFA,

Yazıçı-dramaturq

Etikxeber.az

Read Previous

“Azərbaycan Paşinyan rejiminə Türkiyənin azğınlıq edib, cızığından çıxan Əsəd rejiminə bu ilin martında yaşatdıqlarını yaşatdı…”-MİLLƏT VƏKİLİ BƏZİ YERLİ EKSPERTLƏRLƏ RAZILAŞMADI

Read Next

Bərbərxanalar və gözəllik salonları-AÇILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir