“Olur ki, oyun çox əsəbi alınır…” – Qurbanov Qurbanov

Premyer Liqanın 12-ci turu çərçivəsində “Qarabağ” doğma meydanda “Kəpəz”i 1 – 0 hesabı ilə məğlub edib.

Etikxeber.az “Qafqazinfo” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Çətin oyun oldu. Çox vacib qələbə qazandıq. Hər oyun maksimum nəticə üçün meydana çıxırıq. Futbolçularım çox əziyyət çəkdi. Ağır oyun keçdi. Milli komandalardan dönüşdən sonra çətinliklər olur. “Slovan”la oyunöncəsi bu matç çox yaxşı oldu.

– Oyunun ağır keçməsi “Qarabağ”ın istəyinə görə idi, yoxsa rəqib imkan vermədi?
– Qola kimi hər şey istədiyimiz kimi gedirdi. Sonra rəqib sürəti artırdı. Bu, bir az çətinlik yaradırdı.

– Sizcə, sarı vərəqələr çox olmadı?
– Düz qeyd edirsiz. Futbolçular qayda pozuntusuna az yol verməlidir. Amma bəzən olur ki, oyun çox əsəbi alınır. Rəqib də çox sarı vərəqə aldı. Biz hər zaman intizamı qoruyub saxlamağa çalışırıq.

– Bədavi Hüseynovun durumu necədir?
– Hazırda zədəsi var. Milli komandadan zədəli qayıtmışdı, əzələsində problem var. Dünəndən məşqlərə başlayıb. “Slovan”la oyunda meydana çıxa bilər.

– Fiziki məhdudiyyəti olan insanlarla görüşdüz. Əlil arabasında əyləşdikdə hansı hissləri keçirirdiz?
– Danışmaq çətindi. Biz sağlam gəzirik. Onlar isə istədikləri hər şeyi həyata keçirə bilmirlər. Çətindi onlar üçün. Mənim üçün bu, insani keyfiyyətlərimi artırmaq baxımından çox böyük təcrübə oldu. Biz heç kəsdən artıq deyilik. O insanların hər birini çox sevdim.

– Namiq Ələsgərovun adının iştirak ərizəsində yer almamasına səbəb nədi?
– Dünən əvəzedici komandada oynayıb. Onun oyun təcrübəsinə ehtiyacı var. Əvəzedicidə pis oynamayıb. Onunla problemim yoxdu.

Etikxeber.az

Read Previous

Deputat NATO PA-nı sərt tənqid etdi: “Kimdən, nədən çəkinirsiniz?”

Read Next

Fransada namizəd seçkilərinin birinci turu başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir