“Ömər aşırımının bir tərəfi Kəlbəcər, digəri Göyçədir…Kəlbəcəri qaytardıq, qaldı Göyçəyə qayıtmaq…Qayıdacağıq!”-SAHİB ALIYEV

Qarabağ və Şərqi Zəngəzur uğrunda ən qanlı döyüşlərin getdiyi yer məhz Ömər aşırımı olub. 1994-cü ildə bu aşırımı azad etməyə qalxanda bütövlükdə 44 günlük savaş zamanı itirdiklərimizdən daha çox əsgər itirdik. Əminəm ki, onların da, onların arzularını öz qanları bahasına reallığa çevirib ötən ilin sentyabrında döyüşlərin elə ilk günündəcə Murovu düşməndən təmizləyən digər şəhidlərimizin də ruhları şaddır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Şəhidlərimizin şad ruhları qarşısında baş əyir, dövlətimizə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında yeni zəfərlər arzulayıram! Xatırladım ki, cənab Prezidentlə hörmətli Mehriban xanımın şəkil çəkdirdikləri Ömər aşırımının bir tərəfi Kəlbəcər, digəri Göyçədir. Kəlbəcəri qaytardıq, qaldı Göyçəyə qayıtmaq. Qayıdacağıq. Mütləq qayıdacağıq!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Bakıda poliklinikanın əməkdaşları tərəfindən saxta COVİD-19 pasportunun verilməsi ilə bağlı-CİNAYƏT İŞİ BAŞLANDI…

Read Next

Şəhid-Mayor Sənan Zamanovun Cənnətdəki ilk ad günü: BU GÜN ONUN 34 YAŞI TAMAM OLUR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir