Ombudsman – PREZİDENTİN RƏSMİ QƏRARINI GÖZLƏYİR

Cənab Prezidentin rəsmi qərarını gözləyirəm.

Etikxeber.az-ın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ombudsman jurnalistlərə açıqlamasında bildirib ki, işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözləyir.

“Sosial şəbəkələrdə adımın hallandırılması başqa bir məsələdir, bu haqda danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Fuad Qəhrəmanlı – 30 GÜN HƏBSDƏ OLACAQ

Read Next

Millət vəkili və YAP rəsmisi – ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir