On bankın qorunan əmanətçilərinə 721 milyon manatdan çox kompensasiya ödənildi

Əmanətlərin Sığortalanması Fondu tərəfindən dekabrın 27-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 916 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), “Zaminbank”ın əmanətçilərinə 52 milyon 459 min manat (ümumi kompensasiya öhdəliyinin 72 faizi), “Kredobank”ın əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi) və “Dekabank”ın əmanətçilərinə 3 milyon 22 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 96 faizdən çoxu) kompensasiya ödənilib.

Fonddan Etikxeber.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 126 milyon 167 min manatdan çoxdur.

Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 243 min manatdan çox kompensasiya ödənilib. Bunun da 14 milyon 269 min manatı (ümumi kompensasiya öhdəliyinin 97 faizdən çoxu) “Atrabank”ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 92 faizi) “Qafqaz İnkişaf Bankı”nın payına düşür.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), “Gəncəbank”ın əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), “Texnikabank”ın əmanətçilərinə isə 120 milyon 123 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 247 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” Kommersiya Bankının qorunan əmanətçilərinə 433 milyon 840 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 97 faizi) kompensasiya ödəyib.

Ümumilikdə, fond tərəfindən 10 bank üzrə 721 milyon 497 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Etikxeber.az

Read Previous

Neftin qiyməti yenidən bahalaşıb…

Read Next

Daha bir ölkə Aralıq dənizində təbii qaz axtaracaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir