On bankın qorunan əmanətçilərinə 727 milyon manatdan artıq kompensasiya ödənildi

Əmanətlərin Sığortalanması Fondu tərəfindən aprelin 12-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 201 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), “Zaminbank”ın əmanətçilərinə 54 milyon 566 min manat (ümumi kompensasiya öhdəliyinin 75 faizi), “Kredobank”ın əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və “Dekabank”ın əmanətçilərinə 3 milyon 87 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan Etikxeber.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 128 milyon 626 min manatdan artıqdır.

Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 254 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 280 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,1 faizdən çoxu) “Atrabank”ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) “Qafqaz İnkişaf Bankı”nın payına düşür.

Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” Kommersiya Bankının qorunan əmanətçilərinə 436 milyon 613 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99 faizi) kompensasiya ödəyib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faiz), “Gəncəbank”ın əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faiz), “Texnikabank”ın əmanətçilərinə 120 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) kompensasiya ödənilib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 727 milyon 65 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Etikxeber.az

Read Previous

“10 ildən çoxdur ki, PA-da siqaret çəkmək qadağan olunub” – SPİKER – YENİLƏNİB (5)

Read Next

Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin yeni seçilmiş sədri ölkəmizə gələcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir