“Onkoloji xəstəliklərlə bağlı bəzi dərmanların apteklərdə satışına icazə verilməlidir” – MUSA QULİYEV

Onkoloji xəstəliklərlə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir. Xüsusilə də, bəzi dərmanların apteklərdə satışına icazəni nəzərdə tutan dəyişikliklər olunmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev adıçəkilən komitənin iclasında dilə gətirib.

O, qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin və xəstəliklərin sayı artmaqdadır:

musa-teze

“Ancaq bu xəstəliyin, onkoloji xəstələrin müayinə və müalicəsi üçün maliyyə vəsaiti yetərli deyil. Düzdür, son illərdə bu məsələyə 30 milyon vəsait ayrılıb, amma hesab edirəm ki, bu vəsait gələn ilin büdcəsində xeyli artırılmalıdır. Eyni zamanda, onkoloji xəstəliklərlə bağlı bəzi dərmanların apteklərdə açıq satışına icazə verilməlidir. Bunun üçün də müvafiq qanunvericiliyə dəyişikliklər edilmləlidir. Hesab edirəm ki, bu yöndə həm dinləmələrə, həm də bu dinləməlrin yekunu olaraq, müvafiq qanun layihəsinin hazırlanıb, müzakirələrə təqdim edilib, qəbul olunmasına ehtiyac var”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

İcbari tibbi sığorta ilə bağlı qanuna növbəti – DƏYİŞİKLİKLƏR EDİLƏCƏK

Read Next

Qənirə Paşayevadan bir sıra xəstəliklərlə bağlı – ÖNƏMLİ TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir