“Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər…”-MEHRİBAN ƏLİYEVA

Birinci vitse-prezident Mehriban Əliyeva 27 sentyabr Anım Günü ilə bağlı “Instagram” səhifəsində paylaşım edib.

Etikxeber.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir,

Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!”.

Etikxeber.az

Read Previous

“Kimsə və kimsə bir daha Qarabağımızı bizdən ayıra, qopara bilməz və bilməyəcək!”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ QƏLƏBƏYƏ APARAN TARİXİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN BİR İLİNDƏN YAZIR

Read Next

“Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir