“Onlar Azərbaycanda daha çox iş görmək arzusundadırlar…” – TAHİR MİRKİŞİLİ – FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP)  Çin Xalq Respublikasına (ÇXR)  səfər edən nümayəndə heyəti bu ölkənin İnkişaf və İslahatlar üzrə Milli Komitəsinin üzvləri ilə görüşüblər.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda nümayəndə heyətinin üzvü-millət vəkili Tahir Mirkişili məlumat verib.

“Çində əvvəllər deyirdilər ki, əgər siz Çinə gəlib Çin səddinə çıxmamısızsa və Pekinsayağı ördək əti yeməmisizsə, demək Çində olmamısız. İndi deyirlər ki, bunlarla yanaşı, əgər siz “Bir kəmər, bir yol” layihəsi ilə tanış olmamızsa, demək ki, siz Çində olmamısınız”-deyən millət vəkilinin sözlərinə görə, görüşdə “Bir kəmər, bir yol” layihəsi ətrafında da müzakirələr aparılıb.

tahirrr-1

“Bir kəmər, bir yol” çox nəhəng layihədir.

Artıq bu layihə üzrə dünyanın 125 ölkəsi ilə əməkdaşlıq haqda müqavilə imzalayıblar.

Çinlilər Azərbaycanın bu layihədə rolunu yüksək qiymətləndirirlər.

Onlar  həm də Azərbaycanda daha çox iş görmək arzusundadırlar…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub – YENİ DƏRS İLİ İLƏ BAĞLI

Read Next

“Avro dollara nisbətən dəyər qazanmayacağı halda…” – VÜQAR BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir