“Yay məktəbi”nin iştirakçılarından olan Teymur ƏLİYEV: Daha bir dəyərli ziyalımızı, alimimizi tanıdım, kəşf etdim
Yeni Azərbaycan Partiyası (YAP) gənc siyasətçilər üçün Oğuz rayonunda “Gənc liderlər” yay məktəbi təşkil edib.
Etikxeber.az xəbər verir ki, beş gün davam edəcək yay məktəbi zamanı təlimlər, seminarlar və informativ sessiyalar keçiriləcək, idman yarışları, əyləncəli oyunlar təşkil ediləcək.
Qeyd edək ki, Oğuz ş0əhərindəki “AFRA” otelinin konfrans zalında yay məktəbinin açılış mərasimi olub.
Mərasimdə YAP icra katibinin müavini, Milli Məclisin (MM) komitə sədri Siyavuş Novruzov çıxış edərək davamlı olaraq keçirilən yay məktəblərinin əsas məqsədinin gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini, müxtəlif proqramların öyrənilməsini təmin etmək olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, bu il “Yay məktəbləri”ndə min nəfərədək fəal gənc iştirak edəcək. YAP-ın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya bariz nümunədir.
S. Novruzov Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Məhz Ulu Öndərin təşəbbüsləri və qəbul etdiyi qərarlar əsasında cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılıb, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə, cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Qeyd edilib ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.
YAP İcra katibinin müavini gənclərə sosial şəbəkələrdə daha fəal olmağı tövsiyə edilib.
Mərasimdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, deputatlar Kamilə Əliyeva, Rauf Əliyev çıxış edərək ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, tövsiyələrini bildiriblər.
K. Əliyeva isə saytımız açıqlamasında bildirib ki, artıq 3-cü gününə qədəm qoyan “Yay məktəbi” uğurla davam edir.
Onun sözlərinə görə, belə bir tədbirin iştirakçısı olmaqdan da çox məmnundur.
Millət vəkili belə bir aksiyanı təşkil etdiyinə görə, üzvü olduğu YAP-a, onun rəhbərliyinə, İcra Katibliyinə də minnətdarlığını bildirib:
“Yay məktəbi” çox uğurla davam edir. Bu tədbirin iştirakçısı olmaqdan məmnunam və xüsüsi zövq alıram. Çünki “Yay məktəbi”nin iştirakçıları olan gənclər çox savadlı, çox məsuliyyətli, gələcəyi parlaq olan gənclərdir. Onlar bizim, Azərbaycanımızın gələcəyi, sabahıdır. Onlarla fəxr etməmək, qürur duymamaq mümkün deyil”.