“Onlar canlarını fəda edərək, illərdir həsrətini çəkdiyimiz torpaqlara bizi qovuşdurdular…”-FATMA YILDIRIM – FOTOLAR

Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş Bərdə rayon şəhidlərimizin dəfn olunduqları Şəhidlər Xiyabanını bir daha ziyarət etdik.

Onlar canlarını fəda edərək xalqımıza böyük qələbə sevinci yaşatdılar və illərdir həsrətini çəkdiyimiz torpaqlara bizi qovuşdurdular.

Qəhrəmanlıq salnaməsi yazaraq, öz şücaətləri ilə şəhidlərimizin hər biri bir dastana döndü.

Lakin Vətən müharibəsində şəhid olmuş oğullarımızın baş daşlarının hələ də qoyulmaması məni də çox məyus etdi.

Bununla bağlı məsələyə aydınlıq gətirilməsi üçün Bərdə rayon İcra Hakimiyyətinin rəhbər heyəti ilə Şəhidlər Xiyabanına birgə baxış keçirtdik və işlərin sürətləndirilməsinin vacibliyini bildirdik.

Bizə verilən məlumata görə yaxın günlərdə işlər yekunlaşacaq və eyni zamanda Şəhidlər Xiyabanında geniş abadlıq işləri də aparılacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Məkanları cənnət olsun!

Fatma YILDIRIM,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Yeni cahanşümul hədəflərin, yeni Zəfərlərin mübarək, Azərbaycanım!”-MİLLƏT VƏKİLİ ÖTƏN HƏFTƏNİN 4 MÜHÜM HADİSƏSİNDƏN YAZDI

Read Next

20 gün komada qalan, kontuziya alan, bədəninin 54 faizi yanan, dabanı, topuqları qırılan, başından qəlpə çıxarılan…3 ay 16 gündür müalicə alan…Qızılhacılının müzəffər oğlu-MÜZƏFFƏR MAQSUD OĞLU!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir