“Onlar da Azərbaycanla hesablaşmalı olacaqlar…” – MİLLƏT VƏKİLİ – MÖVQE

Azərbaycanın işğal olunmuş ərazilərində-qondarma, oyuncaq “Dağlıq Qarabağ Respublikası”nda  “Yerli özünüidarəetmə seçkiləri”nin keçirilməsi separatçıların və onların arxasında dayanan işğalçı dövlətin növbəti oyunudur. Bununla bağlı, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın, Dağlıq Qarabağ separatçılarının bu addımını kəskin pisləyib, beynəlxalq hüquq normalarına zidd olduğu haqqında bəyanat verib.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, dünyanın bir sıra dövlətləri bu saxta seçkini tanımadığını, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan suveren sərhədlərinə hörmət etdiklərini bəyan ediblər.

Onun sözlərinə görə, dünya ölkələri münaqişəni beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq beynəlxalq birliyin iştirakı və münaqişənin sülh yolu ilə həllini dəstəkləyirlər.

“Saxta seçkini keçirməklə qondarma rejimlə Ermənistan hakimiyyəti arasında ziddiyətlər, çatlar daha qabarıq şəkildə özünü ortaya qoyur. Paşinyan öz adamlarını yerləşdirməklə qondarma Dağlıq Qarabağ klanını zəiflətmək uğrunda mübarizə aparır. Çünki  hərbi canilər-keçmiş çinayətkar prezidentlər-Koçaryan və Sarkisyan başda olmaqla, Dağlıq Qarabağ klanını özünə ciddi rəqib və təhlükə görür. Ona görə də belə bir “seçki”yə, “seçki şousu”na rəvac verməklə, özünü Dağlıq Qarabağ əhalisinə, ermənilərə yaxın göstərmək, əslində isə ona qarşı radikal, sərt mövqedə dayan Qarabağ klanını sarsıtmaq, zəiflətmək və həmin klanda təmsil olunanların  bir çoxunu öz tərəfinə çəkmək istəyir.

Bütün hallarda Paşinyanın növbəti saxtakarlıqlarından, təxribatçılıq əməllərindən biri olan “seçki şousu” açıq-aşkar beynəlxalq hüquqa zidd olan bir addımdır, kampaniyadır. Bu əməlləri ilə Paşinyan yalnız özünü aldada bilər. Bu cür oyunbazlıqlarla, “şou”larla, təxribatçılıq əməlləri ilə çox da uzağa gedə bilməyəcək, həm özünün, həm də ölkəsinin iflasını, süqutunu daha da sürətləndirəcək. Nə qədər gec deyil, ağlını başına toplasın, oyansın, özünü də, xalqını da, dövlətini də iflasa, süquta uğramaqdan qurtarsın.

Bunun yolu isə Azərbaycanın şərtlərinə razı olmaqdan, işğala və təcavüzkarlıq siyasətinə, Qarabağın işğalına son qoymaqdan, işğalçı qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan və Azərbaycanın suveren hüquqlarını tanıyıb, onu qəbul və ona hörmət etməkdən keçir. Onlar buna məcbur və məhkumdurlar, başqa  çıxış və xilas yolları yoxdur…”-deyə, deputat qeyd edib.

kamilla-13

ELDENİZ-QARDAS

Millət vəkili Kamilə Əliyeva da bu cür “seçki şou”larının heç  bir effekt və səmərə verməyəcəyi qənaətindədir.

O da hesab edir ki, əslində bu cür addlmlar, qanunsuzluqlar, fitnəkarlıqlar və təxribatçılıq əməlləri separatçıların, onun arxasında dayanan qüvvələrin siyasi məhvini və sonunu daha da yaxınlaşdırır:

“Onlar bu cür “şou”larla baş aldatmaq, dünya birliyini, beynəlxalq ictimaiyyəti öz qanunsuz, cinayətkarlıq, terrorçuluq əməllərindən yayındırmaq, gözə kül üfürmək istəyirlər. Paşinyan hakimiyyəti bu “şou”ya dəstək verməklə Qarabağ erməniləri və klanı ilə arasını “düzəltmək”, onları neytrallaşdırmaq, separatçılar isə özlərinin guya hansısa gücə malik olduqlarını, onlarla hesablaşılmasını, onların da tərəf kimi qəbul olunmasını və sair nümayiş etdirmək istəyirlər. Amma heç biri də alınmır və bundan sonra da alınmayacaq. Nə Paşinyan öz istəklərinə qovuşa, onu gözləyən təhlükələrin qarşısını önləyə biləcək, nə separatçıların əli ilə Azərbaycana təsir, təzyiq etməyə nail olacaq, nə də separatçılarla hesablaşılacaq, onlar tərəf kimi qəbul olunacaq.

Bunlar əsla və əsla mümkün deyil və mümkün olmayacaq. Olan, sadəcə, onların özünə, özlərinə olacaq. Bunu heç cür unutmasınlar. Qarşılarında dünyanın rəyini nəzərə aldığı və hesablaşdığı güclü, qüdrətli, tərəqqi edən, çiçəklənən Azərbaycan var. Onlar da Azərbaycanla hesablaşmaq məcburiyyətindədirlər və bu, gec-tez olacaq, baş verəcək, başqa yolları qalmayacaq. Ermənistan da, Qarabaq separatçıları da, onların arxasında dayanan güclər də tezliklə Azərbaycanla hesablaşacaqlar, Azərbaycan deyənə gələcəklər. Hesablaşmaq istəməsələr, biz onları hesablaşmağa məcbur edəcəyik Aprel döyüşlərində olduğu kimi…”.

Millət vəkili bu yerdə həmçinin separatizmdən əziyyət çəkən iki ölkənin – Gürcüstan və Ukraynanın Dağlıq Qarabağdakı qondarma seçkini tanımadıqları ilə bağlı bəyanat vermələrini müsbət qiymətlənirib və bildirib ki, hər 3 ölkə birlikdə etnik separatizmə qarşı mübarizə aparmalıdırlar:

“Hər 3 ölkə separatizmdən, münaqişələrdən əziyyət çəkir. Hər üçündə də kənardan idarə olunan münaqişə ocaqları var. Odur ki, onlar bir yerdə separatizmə, dövlətlərin ərazi bütövlüyünə qəsd edilməsi hallarına qarşı daha sıx şəkildə mübarizə aparmalıdırlar. Çünki birlikdə olanda daha güclü oluruq və olacağıq, istədiyimiz nəticəni də hamılıqla əldə edə biləcəyik. Bu baxımdan, hər iki ölkənin verdiyi bəyanatı çox müsbət qiymətləndirir, təqdir edir və bunun davamının gəlməsini arzu edirəm…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az
 

 

Read Previous

Əliyev səfirlərin etimadnaməsini – QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Yeni qalmaqal və ya 27 il öncə Əliyevə müraciət edən “91-lər” – KİMLƏRDİR? – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir